Ana səhifə / Cəmiyyət / Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Novruz bayramı ərəfəsində Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.

Azinforum.az Müdafiə nazirliyinin saytına istinadən bildirir ki, tədbir çərçivəsində əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olur, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkirlər.

“Açıq qapı” günündə hərbi hissə komandanlıqlarının valideynlərlə görüşlərinin keçirilməsi, onları maraqlandıran məsələlərin müzakirə edilməsi, konsert proqramları və Novruz bayramı münasibətilə digər mədəni-kütləvi tədbirlərin təşkili nəzərdə tutulub.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …