Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Hər dəfə 600-dən çox bal toplasa da, universitetlərdən imtina xanım – “Dəli olduğumu düşünürdülər, amma..”

Hər dəfə 600-dən çox bal toplasa da, universitetlərdən imtina xanım – “Dəli olduğumu düşünürdülər, amma..”

“Evdəkilərə  də demişdim ki, mütləq bir gün istədiyim ixtisas üzrə təhsil alacağam. Düzdür, onlar buna qarşı çıxır, qəbul olunacağıma inanmırdılar. Elə indi də mənə inanmırlar. Tez-tez deyirlər ki, sən sonadək oxuya bilməyəcək, yenə universiteti yarıda buraxacaqsan. Amma bu dəfə sevdiyim ixtisasda təhsil alacağıma görə sonunacan oxuyacam”.

Azinforum.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında  675 bal toplayan Zöhrə İsmayılova deyib. O, təhsilini Bakı Mühəndislik Universitetinin İnformasiya Texnologiyaları ixtisası üzrə davam etdirəcək. O, digər abituriyentlərdən bir neçə dəfə yüksək balla qəbul olunsa da,  universitetdən  imtina etməsi ilə fərqlənir. O, yalnız BDU-dakı təhsilini tam başa vura bilib:

“İlk dəfə 2009-cu ildə IV ixtisas qrupu üzrə qəbul imtahanı verdim və 475 bal topladım. Bakı Dövlət Universitetinin Biologiya müəllimliyi fakültəsinə qəbul olundum. İkinci kursda oxuyanda ərizə yazıb universitetdən imtina etmək istədim. Amma ərizəmi təsdiq etmədiklərinə görə, təhsilimi burada davam etdirmək məcburiyyətində qaldım. Mən isə oradan imtina edib, Kompüter elmləri ixtisasına qəbul olunmaq üçün yenidən imtahan vermək, istədiyim sənətə yiyələnmək istəyirdim. Bakalavr təhsilimi başa vurduqdan sonra iki il fasilə verdim. Bu müddət ərzindən riyaziyyat fənnindən fərdi abituriyent hazırlığı ilə məşğul oldum”.

Bir neçə balla ali məktəbə qəbul oluna bilməyən abituriyent imtina etdiyi universitetlər haqda da danışıb:

“Feysbukda fənlər üzrə xüsusi qruplar var. 2015-ci ildən həmin qrupların vasitəsilə imtahana hazırlaşdım. Qəbul imtahanında 526 bal topladım. Amma BDU-da  mənim istədiyim fakültəyə keçid balı 528 oldu. Mən bu dəfə də qəbul oluna bilmədim. O vaxtlar mənim  tanıdığım yeganə universitet BDU idi. buna görə də həmin ixtisası yalnız bu universitetdə düşünürüdüm. Başqa ali təhsil müəssisələri barədə isə məlumatsız idim.

Növbəti il hazırlığa getdim. Hazırlaşdığım kurs şagirdlərini universitetlərə aparır, tanış edirdi. Bizi keçmiş Qafqaz Universitetinə apardılar. Bu universitetdə çox yaxşı kompüter laboratoriyalarının olduğunu gördüm və sənədlərimi elə ora vermək qərarına gəldim. Qəbul imtahanlarında təxmini, 626 bal topladıım. Amma təəssüf ki, həmin il Qafqaz Universitetində

Kompüter elmləri fakültəsinin keçid balı 627 oldu. Mən bu dəfə də  bir balla tələbə adını qazana bilmədim.

Növbəti il yenidən universitetə hazırlaşıb 686 bal topladım. Yaz imtahanında da iştirak edərək 646 ballıq nəticə göstərmişdim. Həmin il maraqlandım və gördüm ki, Azərbaycan Fransız Universiteti həm də Strasburq Universitetinin diplomunu verir. Bu ikili diplom məsələsi mənə çox cəlbedici gəldi. Ora qəbul olunmaq qərarına gəldim. Amma bu universitetə daxil olmaq istəyən tələbələr qəbul imtahanından əlavə xüsusi bir imtahan verməlidirlər. Bu imtahanı fransızlar təşkil edir. Mən həmin imtahanda 65 bal toplayıb, Kimya mühəndisliyinə qəbul olundum. Kompüter elmləri ixtisasının balı isə 67 oldu. Bu dəfə də 2 balla kəsildim. Kompüter elmlərinə keçmək üçün müraciət etsəm də, ingilis dili biliklərim  buna imkan vermədi. Ona görə də I semestr imtahanlarından sonra ərizə yazaraq oxuduğum universitetdən imtina etdim.

Bu il isə qəbul imtahanlarında iştirak edərək 675 bal topladım. Nəhayət Bakı Mühəndislik Universitetinin İnformasiya texnologiyaları fakültəsinə qəbul oluna bildim”.

O, kompüterə olan marağını belə izah edib:

“Uşaqlıqdan riyaziyyatı çox sevirdim. Hamı soruşur ki, o halda niyə riyaziyyatçı deyil, proqramçı oldum? Bunun səbəbləri var: Sonralar gördüm ki, texnologiyalar məni çox cəlb edir. Telefon, kompüter, texnoloji cihazlarına marağım sonsuz idi. Araşdırdım və öyrəndim ki, onların hər biri xüsusi proqramlar vasitəsilə işləyir. Öz-özümə düşündüm: Niyə də o proqramları mən yazmayım?”

O, qeyd edib ki, ailəsi indi də qəbul olunduğu universitetdən imtina edəcəyini düşünür:

“Ailəm ilk dəfə universitetdən imtina etməyimi heç də yaxşı qarşılamadı. Anam düşünürdü ki, yüksək bal toplasam da təhsil ala bilmirəm və bu onu çox narahat edirdi. Cavab verirdim ki, mən semestr imtahanlarını lazımı səviyyədə vermişəm. Necə ola bilər ki mən oxuya bilməyim?

Sadəcə, artıq bir ali təhsilə sahib olmağım mənə rahatlıq verirdi. Evdəkilərə də demişdim ki, mütləq bir gün istədiyim ixtisas üzrə təhsil alacam. Düzdür, onlar buna qarşı çıxırdılar. Elə bilirdilər ki, bu, sadəcə bir xəyaldır. Qəbul olunacağıma inanmırdılar. Elə indi də mənə inanmırlar. Tez-tez deyirlər ki, sən sonadək oxuya bilməyəcək, yenə universiteti yarıda buraxacaqsan. Amma mən sevdiyim ixtisasda təhsil alacağıma görə bu dəfə sonunacan oxuyacam”.

Gələcək planları haqda danışan Zöhrə İsmayılova bir də heç vaxt qəbul imtahanı verməməkdə qərarlıdır:

“Gələcəkdə sırf texnoloji cihazları hazırlayan bir proqramçı olmağı düşünürəm. Mənim İT sahəsini seçməyimin də səbəbləri var. Məsələn,texnoloji cihazlarla bağlı Kompüter mühəndisliyi, İnformasya təhlükəsizliyi kimi ixtisaslar da var. Amma bunlar konkret və məhdud sahələrdir. Mən isə bir sahə ilə məhdudlaşa bilmirəm.

Artıq hansısa universiteti oxumaq üçün yenidən imtahan verməyim mümkün deyil. Bu haqda heç düşünmürəm də. Biliklərimi sırf bir ixtisas üzrə genişləndirəcəm”.

O, abituriyentlərə sevdikləri ixtisası seçməklə bağlı məsləhət verirb:

“Məncə hər kəs repetitora müraciət etmədən  650  bal toplaya bilər. Yəni, bunu yalnız məktəb bazası ilə etmək mümükündür. Sadəcə bunu sırf istədiyi ixtisas üzrə edə bilərlər. Əgər bu insan hələ nə üzrə oxuyacağını bilmirsə, heç vaxt bunu bacarmayacaq.

Bəzi abituriyentlər valideynlərindən qorxur və ixtisas seçimini sərbəst şəkildə etmirlər. Abituriyentlərə məsləhət görürəm ki, valideynlərinizdən qorxmayın. Ola bilər ki, sevdiyiniz ixtisası seçdiyinizə görə 1-2 gün valideynlərinizlə münasibətləriniz soyusun. Amma düşünün ki, siz istədiyiniz işlə məşğul olacaqsız”.

Zöhrə İsmayılova universitet təhsilindən imtina edərkən ətrafdan gördüyü reaksiyanı da izah edib:

“Ailəm  sevdiyim ixtisasa qəbul olunduğumu eşidəndə çox sevindi. Anam dedi ki, nəhayət, səndən canıım qurtardı. Bir də qəbul imtahanı verməyəcəyimə görə sevincli idilər.

Ümumiyyətlə, BDU-da sevmdiyim ixtisas üzrə təhsil aldığıma görə həmin 4 il ərzində ümumiyyətlə  müəllim, tələbə yoldaşlarım və valideynlərimlə ünsiyyətdə olmamışam. Tələbə yoldaşlarım məndən sıxılırdılar. İndi onlarla biraz əlaqə saxlayıram və bu onlara qəribə gəlir. Deyirlər ki, çox dəyişmişəm.

Ümumiyyətlə bir neçə dəfə ali məktəbə imtahan verməyimi ətrafım heç vaxt normal qarşılamayıb. Hətta qonşu, qohumlar da bu münasibətdə idi. Eynilə sosial şəbəkələrdə haqqımda yazılan rəylər kimi münasibət göstərir, dəli olduğumu düşünürdülər. Amma mən sevdiyim ixtisasda uğurlara imza atanda onlar fikirlərinin yanlış olduğunu anlayacaqlar”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …