Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Hər bir insanın qurban kəsməsi vacib deyil” – Allahşükür Paşazadə

“Hər bir insanın qurban kəsməsi vacib deyil” – Allahşükür Paşazadə

Pandemiyaya görə bayram namazları müvəqqəti olaraq dayandırılıb. Amma biz ibadətlərimizi, namazlarımızı evdə, ailələrimizin içərisində edirik.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədrinin sözlərinə görə, pandemiya səbəbindən bu il Həcc ziyarətinə gedilməyib: “İnşallah gələcəkdə qurbanlarımızı həmin müqəddəs məkanlarda kəsəcəyik”.

A.Paşazadə bildirib ki, Qurban bayramında hər bir insanın qurban kəsməsi vacib deyil: “Bunun əvəzində yetimlərə, imkansızlara köməklik göstərə, ehsan verə bilərlər. İnsanlar tövsiyə edilən qaydalara uyğun olaraq bayramı keçirir”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …