Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Həkimlərin yazdığını niyə oxumaq olmur?

Həkimlərin yazdığını niyə oxumaq olmur?

Yəqin ki, əksəriyyət həkimlərin əl yazısı ilə tanışdır.  Adətən, çoxları  yazılan reseptləri oxumaqda çətinlik çəkir. Sanki  həkimlərin ayrıca əlifbası var və bunu yalnız özləri, eyni zamanda, əczaçılar başa düşür. Hətta bəzən əczaçılar belə reseptləri oxuya bilmir. Bu baxımdan, həkimlərin əl yazısı ilə bağlı müxtəlif  fikirlər səsləndirilir.

Maraqlıdır, həkimlərin səliqəsiz, yaxud anlaşılmayan yazılarının səbəbi nədir?

Azinforum.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlama verib: “Bilirsiniz, mən özüm də həkiməm. Həkimlərin əl yazısı,  Tibb Universitetində dərslərin çoxluğu ilə bağlı olan məsələdir. Adətən, auditoriyada professorlar öz təcrübələrindən çıxış edərək, leksiyalar deyir və başqa ixtisaslardan fərqli olaraq, onların yazılması çox önəmlidir. Çox vaxt bu proses sürətli olduğu üçün zamanla xətt də dəyişir. Bu baxımdan, həkimlərin xətlərini oxumaqda çətinlik yaranır. Universitetə girən zaman mənim də gözəl xəttim var idi. Universiteti bitirəndə, o xətdən əsər-əlamət qalmamışdı. Amma indi leksiya yazan da qalmayıb.

Digər tərəfdən, hazırda  həkim xətti məsələsi əvvəlki əhəmiyyətini itirib. Çünki  texnologiya inkişaf etdi, yazışmaların çoxu elektron formada reallaşdı və nəticə olaraq demək olar ki, həkimlərin nəsə yazmasına ehtiyac qalmır.  Hətta reseptlər də elektron qaydada yazılıb apteklərə ötürülür. Bu mənada əl yazısına zərurət yoxdur”.
Deputat qeyd edib ki, həkimlərin əl yazısı bağlı məsələni ciddi problem hesab etmək olmaz.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …