Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Həftəsonu hara gedək? – QİYMƏTLƏR

Həftəsonu hara gedək? – QİYMƏTLƏR

Bir ildən çox idi ki, pandemiya ilə əlaqədər regionlararası ictimai nəqliyyat işləmirdi və bölgələrə turizm məqsədli avtobus turları təşkil edilmirdi. Ölkə üzrə ictimai nəqliyyatla sərnişindaşımanın bərpa edilməsi rayonlara təşkil edilən avtobus turlarına da marağı artırıb. Əsasən 1 günlük olan turların qiymətləri müxtəlifdir.


Uzun fasilədən sonra regionlararası ictimai nəqliyyatın bərpası daxili turizmdə canlanmaya səbəb olub.

1 ildən artıqdır qadağalarla yaşayan insanlar xüsusilə dağ təbiəti ilə zəngin olan bölgələrə üz tuturlar. Xüsusilə həftə sonları avtobuslara bölgələrə turlar təşkil edilir. Turizm üzrə ekspetlər bildirirlər ki, xüsusilə son günlər cənub bölgəsinə, həmçinin Şəki, Zaqatala və İsmayıllı rayonlarına təşkil edilən turlara müraciətlər artıb. Günlük turların qiymətləri daxilində olan fotosessiya, yemək və digər xidmətlərə görə dəyişir.

Ekspert Murad Əhədzadənin sözlərinə görə, daxili turlara maraq artdığından bölgələrdə otellərdə bəzən yer məhdudiyyəti də yaranır.

Otellərdəki yer məhdudiyyəti fərdi evlərə tələbatı artırıb. Belə evlərə xüsusilə qənaətə önəm verən turistlər üz tuturlar

Bölgələrdə otellərin sayının azlığı və tələbatın çoxluğu bəzən sui-istifadə hallarına gətirib çıxarır.

Qeyd edək ki, bölgələrə avtobus turları ilə yanaşı, sayı maksimum 6 nəfər olan vip turlar da təşkil edilir. Bu turların qiymətləri isə adambaşı 100-150 manatdan başlayır.

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …