Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Həcc ziyarətini “dini turizm”ə çeviriblər” – Ekspert

“Həcc ziyarətini “dini turizm”ə çeviriblər” – Ekspert

Xəbər verdiyimiz kimi, bu il həcc ziyarətinin qiyməti 9202 manat olub.
Orta əməkhaqqına nəzər yetirsək, ziyarətin bu qədər baha olmasının əhalinin cibinə uyğun olmadığını görərik. Qiymətlərin bu qədər yüksək olması halında həcc ziyarəti yalnız imkanlı təbəqə üçün əlçatandır.

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli həcc qiymətinin artım səbəblərindən danışıb:

“Pandemiyadan əvvəllə müqayisədə aviabiletlər bahalaşıb. Təyyarə şirkətləri pandemiyada ən çox zərər çəkən şirkətlər olub. Bununla da həmin zərəri kompensasiya etmək məcburiyyətindədirlər. Uzun müddət təyyarə şirkətlərinin ya az müştərisi oldu, ya da heç olmadı. Pandemiya ilə əlaqədar olaraq başqa xərclər də ortaya çıxdı. Dünya üzrə hotel qiymətlərində də artım var. ABŞ-da inflyasiyanın strukturuna baxanda görürük ki, hoteldə qalma həddən artıq bahalaşıb. Ümumiyyətlə, xərclər çoxalıb, yanacağın qiyməti artıb, ərzaq bahalaşıb”.

O əlavə edib ki, bununla belə, rəqabət sayəsində qiymətləri aşağı düşə bilər:
“Uçuşların bir şirkət tərəfindən təşkili qiymətlərin rahat surətdə artmasına gətirib çıxarır. Bu işi təşkil edənlər maya dəyərinin artmasından narahat olmurlar. Çünki inhisarçılar bilir ki, bunu satışlarında rahat şəkildə əks etdirə biləcəklər. Bu iş biznesdir, “dini turizm”dir. Bunun başqa adı yoxdur”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …