Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Həbsdəki sabiq nazirin rütbələri əlindən alındı, qardaşı həbs olundu

Həbsdəki sabiq nazirin rütbələri əlindən alındı, qardaşı həbs olundu

Prezident İlham Əliyev Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqda sərəncam imzalayıb.

Sərəncamda Vəli Məmiş oğlu Ələsgərovun ağır cinayətlər törətdiyinə görə məhkum edilməsi barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsinin və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin təqdimatının əsas götürüldüyü qeyd olunur. Verilmiş sərəncamla V.Ələsgərov general-leytenant ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medallarından məhrum edilib.

Qeyd edək ki, V.Ələsgərov general-leytenant ali hərbi rütbəsi ilə 27 mart 2015-ci ildə təltif olunmuşdu.

V.Ələsgərovun ali hərbi rütbələrdən məhrum edilməsi ilə yanaşı, Naxçıvanda onun qardaşı Əli Ələsgərov həbs edilib. Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə Ə.Ələsgərov 3 ay müddətinə azadlıqdan məhrum edilib. Əli Ələsgərov külli miqdarda vergidən yayınmaqda ittiham olunur. Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Vəli Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. O, ötən il “MTN işi” zamanı həbs olunub.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın