Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Hə­lak ol­muş kəş­fiy­yat­çı­la­rı­mız­la bağ­lı təx­ri­bat­çı er­mə­ni saytla­rı­ dəqiq in­for­ma­si­yanı necə əldə edib? – Mümkün versiyalar

Hə­lak ol­muş kəş­fiy­yat­çı­la­rı­mız­la bağ­lı təx­ri­bat­çı er­mə­ni saytla­rı­ dəqiq in­for­ma­si­yanı necə əldə edib? – Mümkün versiyalar

“Yan­lış­lıq hə­min əra­zi­də hərbçi­lə­rin bir-bi­ri­lə əla­qə­ni mo­bil te­le­fon va­si­tə­si­lə sax­la­ma­sı za­ma­nı ola bi­lər”

Üze­yir Cə­fə­rov: “Hərbçi­lər ara­sın­da hər­bi sir­rə aid olan bü­tün da­nı­şıq­lar xü­su­si ra­bi­tə va­si­tə­si­lə apa­rıl­ma­lı­dır”

Fev­ra­lın 24-dən 25-nə ke­çən ge­cə Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin bü­tün cəb­hə bo­yu tö­rət­di­yi iri­miq­yas­lı təx­ri­bat­la­rın qar­şı­sı­nı alar­kən şə­hid ol­muş hər­bi qul­luq­çu­la­rı­mız Ab­dul­la­yev Aq­şin İs­ma­yıl oğ­lu, Nə­zə­rov Şah­lar Ya­şar oğ­lu, Ha­şım­lı Tu­ral Əb­dül oğ­lu, Qə­di­mov Zül­fü Rə­him oğ­lu və Cə­fə­rov Za­kir Na­zim oğ­lu­nun nə­şi dö­yüş mey­da­nın­dan çı­xa­rı­la­raq doğ­ma­la­rı­na təh­vil ve­ri­lib.
Mə­lum ol­du­ğu ki­mi, hə­min hərbçi­lə­rin me­yit­lə­ri er­mə­ni­lə­rin əli­nə keç­mə­sə də, on­la­rı dö­yüş mey­da­nın­dan gö­tür­mək cid­di prob­lem ya­ra­dır­dı. Bu sə­bəb­dən də bey­nəl­xalq mü­şa­hi­də­çi­lə­rin mə­sə­lə­yə mü­da­xi­lə­si zə­ru­ri he­sab edil­di. Tə­mas xət­tin­də olan son gər­gin­lik­lə bağ­lı Mü­da­fiə Na­zir­li­yi­nin Mət­bu­at xid­mə­ti mü­ha­ri­bə qa­nun­la­rı­na uy­ğun olan tərzdə pe­şə­kar in­for­ma­si­ya si­ya­sə­ti apar­dı.
Tə­bii ki, təx­ri­bat­çı düş­mən me­di­a­sı bu is­ti­qa­mət­də ye­nə öz de­zin­for­ma­si­ya­la­rı­nı yay­maq­la məş­ğul idi. An­caq son pro­ses­lər za­ma­nı diq­qə­ti va­cib bir mə­qam çək­di. Şə­hid olan hərbçi­lə­ri­mi­zin ad­la­rı ilk ola­raq er­mə­ni me­di­a­sın­da işıq­lan­dı­rıl­dı və nə qə­dər qə­ri­bə ol­sa da, hə­min mə­lu­mat son­ra­dan bi­zim tə­rə­fi­miz­dən ya­yı­lan rəs­mi mə­lu­mat­la üst-üs­tə düş­dü. Mə­lum­dur ki, hə­lak olan hərbçi­lə­ri­mi­zin cə­səd­lə­ri er­mə­ni­lə­rin əli­nə keç­mə­yib. Be­lə olan hal­da, on­lar hə­min hərbçi­lə­rin ad­la­rı­nı ha­ra­dan və han­sı va­si­tə ilə öy­rə­nə bi­lər­di?
Hər­bi ekspert Üze­yir Cə­fə­rov “Bakı-Xəbər”ə açıq­la­ma­sın­da bil­dir­di ki, bu ol­duq­ca cid­di bir mə­sə­lə­dir:

“Mən si­zə tə­şək­kür edi­rəm. Ona gö­rə ki, bu cür cid­di möv­zu is­ti­qa­mə­tin­də araş­dır­ma apa­rır­sı­nız. Bə­li, nə qə­dər üzü­cü ol­sa da, hə­min ad­lar ilk ola­raq er­mə­ni mət­bu­a­tın­da qeyd edil­miş­di. Bu mə­sə­lə­də mən düş­mən tə­rə­fə han­sı­sa mə­lu­ma­tın bi­lə­rək­dən ötü­rül­mə­si ver­si­ya­sı­nı ta­ma­mi­lə in­kar edi­rəm. Yə­ni ca­sus­luq ver­si­ya­sı­nı qə­bul et­mi­rəm. Qə­na­ə­tim­cə, er­mə­ni­lər bu mə­lu­ma­tı xü­su­si ci­haz­lar va­si­tə­si­lə əl­də edib. Yan­lış­lıq hə­min əra­zi­də hərbçi­lə­rin bir-bi­ri­lə əla­qə­ni mo­bil te­le­fon va­si­tə­si­lə sax­la­ma­sı za­ma­nı ola bi­lər. Biz də­fə­lər­lə de­mi­şik ki, hə­min əra­zi­lər­də hərbçi­lə­rin mo­bil ra­bi­tə­dən is­ti­fa­də­si qa­da­ğan edil­mə­li­dir. Bu, hər­bi tə­li­mat­da da öz ək­si­ni ta­pıb. Am­ma tə­əs­süf­lər ol­sun ki, bi­zim hərbçi­lər bu va­si­tə­dən is­ti­fa­də edir. He­sab edi­rəm ki, bu ha­di­sə­dən son­ra əla­qə­dar qu­rum­lar hər­bi his­sə­lər­də bu is­ti­qa­mət­də cid­di təd­bir­lər gör­mə­li­dir. Hərbçi­lər ara­sın­da hər­bi sir­rə aid olan bü­tün da­nı­şıq­lar xü­su­si ra­bi­tə va­si­tə­si­lə apa­rıl­ma­lı­dır. Bu­na cid­di ri­a­yət olun­ma­sa, biz da­ha önəm­li mə­lu­mat­la­rın düş­mən tə­rə­fi­nə sız­ma­sı ilə qar­şı­la­şa bi­lə­rik”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın