Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin dair tədbir keçirildi

Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin dair tədbir keçirildi

Bu gün Milli QHT Formu, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Beynəlxalq Dialoq və İnkişaf Arenasının təşkilatçılığı ilə Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həllinə dair tədbir keçirilib.

Tədbirdə Gürcüstanda yaşayan soydaşlarımıza məxsus yer adlarının dəyişdirilməsi, təhsil, aqrar, dövlət idarəetməsi və s. mövzularda geniş müzakirələr aparılıb. Tədbirdə gürcüstanlı ictimai xadimlər, araşdırmaçı jurnalistlər iştirak edib.

Qafqaz üzrə araşdırmaçı Kamran Ramazanlı qonaqların diqqətinə toponomika sahəsindəki vəziyyətlə bağlı bir sıra faktları çatdırıb. O, beynəlxalq qanunlara, aktlara diqqət yetirərək, milli azlıqların dil hüquqları üzrə Oslo tövsiyyələrinin izahedici qeydləri əsasında bir çox məsələlərə aydınlıq gətirib:

“Çərçivə konvensiyasının 11 (3) maddəsində deyilir ki, “Milli azlıqlara mənsub şəxslərin ənənəvi şəkildə çoxluqda yaşadıqları rayonlarda tərəflər… əhali üçün ənənəvi adların küçə adlarının və başqa topoqrafik məlumatların göstəricilərinin belə məlumata ehtiyac kifayət qədərdirsə, həm də milli azlıqların dillərində qoyulmasını təmin edirlər. Göstərilən tarixi adların dəyərini tanımaqdan imtina azlıqların tarixini Təftiş və Assimilyasiyası demək olardı və bununla da azlıqlara mənsub şəxslərin identikliyinə, təhlükəyə çevrilərdi. Qeyd olunduğu kimi tarixi yer adlarının dəyişdirilməsi diskriminasiyanın çox eybəcər növüdür. Gürcüstanlı soydaşlarımıza məxsus yer adlarının dəyişdirilməsi 1940-1950-ci illərdən başlanmışdır. Belə ki, 1949-cu ildə Borçalı rayonunun adı dəyişdirilərək Marneuli adlandırıldı. Unutmayaq ki, Borçalı mahalının adı zaman-zaman kiçildilərək bir rayona qoyulmuşdu”.

O bildirib ki, tarixi adların dəyişdirilməsi 1989-1992-ci illər ərzində özünün pik nöqtəsinə çatıb:

“O zamankı hakimiyyətdə olanlar soydaşlarımızın kompakt yaşadıqları Bolnisi rayonunda kəndlərin tarixi adlarını dəyişdirdilər. Yerli əhalinin bu proseslərdən xəbəri olmadı. Mərkəzi hakimiyyət orqanları yerli hakimiyyət nümayəndələrinə (yeni selsovetlərə) təzyiqlər edərək saxta protokollar tərtib etdirdilər ki, guya kəndlərin sakinləri belə istəyirlər. Əslində selsovetlər və 2-3 nəfər onların əlaltıları gizli şəkildə xəyanət yolu ilə eybəcər prosesi həyata keçirdilər. Kənd adlarının dəyişdirilməsi ilə kifayətlənməyən Gürcüstanın mərkəzi hakimiyyət orqanları çay və dağ adlarının dəyişdirilməsinə də qərar verdilər. Məsələn, xalq arasında “XRAM” adlandırılan çayı Bolnisidə “KCİYA” adlandırdılar. Çoxsaylı müraciətlərə baxılmadı. Həmin vaxt “Qeyrət” xalq hərəkatı Gürcüstanın Dövlət Şurasının sədri E.Sevardnadzeyə dəfələrlə müraciət etməsinə baxmayaraq bu istiqamətdə hər hansı qərar qəbul olunmadı. Bu günə qədər ayrı-ayrı ziyalılar və QHT-lər Gürcüstan rəhbərliyinə müraciət etsələr də, problem öz həllini tapmamışdır.

Bolnisidə tarixi adları dəyişdirilmiş kəndlərin siyahısını diqqətinizə çatdırıram.

1. Faxralı – Talaveri

2. Arıxlı – Naxiduri

3. Həsənxocalı – Xıdısquri

4.Dasliqullar-Muxrani

5.Qoculu -Capala

6.Esmeler-Mskneti

7.Ceferli-Samtredi

8.İmirhesen-Savaneti

9.Mollaehmedli-Xataveri

10.Saracli-Mamxuti

11.A.Qosakilse-Kvemo Arkveni

12. Y.Qosakilsə-Zemo Arkveni

13.Sarallar-Zvarti

14.Migirli-Vaneti

15.İncəoğlu-Sua Bolnisi

17.Y.Guləver-Djipori

18.Dəmirli-Xaxlodjivari

19.Kibircik-Djresi

20.Babkisilər-Pocxveriani

21.Arakol-Djebjpariani

22. Beyteker-Bartakvi

23. Muganli-Farizi

24.Kolayr-Surtava

25.Abdalli-Djavsantas

26.Qaratikan-Saberiti

27.Siskala-Brlaxanri

28.Tapan-Dispeli

29.Catex-Xaissopeli

30.Qaradaşlı-İcrita

31.Kepenekci-Kvemo Bolnisi”.

Tədbirdə Gürcüstanın Avropaya inteqrasiya yolu tutduğu, konvensiyaları parlamentdə ratifikasiya etdiyi, çoxsaylı müraciətlərə baxmayaraq dəyişdirilən tarixi adlarının bu günə qədər bərpa edilmədiyi tənqid edilib. K.Ramazanlı təhsil sahəsindəki problemlə bağlı, Azərbaycan Respublikası ilə birgə həll olunası məsələlərin olduğunu vurğulayıb:

“Ən acınacaqlı vəziyyət orta məktəblərlə bağlıdır.

Məlumata görə, hal-hazırda Gürcüstanda 116 məktəb fəaliyyət göstərir. (1989-cu ildə 183 məktəb var idi). Soydaşlarımızın kompakt yaşadığı bir rayonun timsalında vəziyyətlə tanış olaq. Hal-hazırda Bolnisi rayonunda 18 məktəb fəaliyyətdədir. Məktəblərdə 3000-nə yaxın şagird, 406 nəfər müəllim vardı. (Əvvəllər 10000-dən çox şagird, 2500 nəfər müəllim) 406 nəfər müəllimin 80 faizə qədəri təqaüd yaşında və ona yaxındır. Pedaqoji kadrların azalması ağır nəticələrə gətirib çıxarmışdır. Çoxlarımıza bəllidir ki, əvvəllər Tiflisdə Puşkin adına institutda Azərbaycan dili və ədəbiyyatı üzrə pedaqoji kadrlar hazırlanırdı. Sonradan bağlandı.

Bu sahədəki problemin həlli istiqamətində də aidiyyatı qurumlara müraciətlər etdik. Təəssüflər olsun ki, problemlər bu günə qədər həll olunmamışdır.

Azərbaycan Respublikası ilə Gürcüstan Dövlətinin pedaqoji kadrların hazırlanması üçün birgə fəaliyyət göstərməsi bu gün də öz aktuallığını saxlayır və zəruridir. Bu problemlərlə bağlı Gürcüstanda sırf pedaqoji kadrların hazırlanması üçün 2 dildə fəaliyyət göstərən təhsil müəssisəsinin təsis olunmasına ciddi ehtiyac vardır. Yaxın vaxtlarda bu məsələ öz həllini tapmazsa, qonşu ölkədə fəaliyyət göstərən məktəblərdə kadrlar kəskin surətdə azalacaq və məktəblər bağlanacaqdır”.

O, aqrar sahədəki problemlərə də toxunub:

“Soydaşlarımızın məskunlaşdıqları ərazilərdə torpaqlar öz münbitliyi və məhsuldarlığı ilə seçilir. Bu səbəbdən onlar əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurlar. 1970-1980-ci illərdə Gürcüstan kənd təsərrüfatı tədarükünün 33 faizi bu bölgənin payına düşürdü.

1990-cı illərdə Gürcüstan Nazirlər Kabinetinin ölkədəki kolxoz, savxoz və digər kənd təsərrüfatı təyinatlı müəssisələrinin özəlləşdirilməsi ilə bağlı bir neçə sənədi qüvvəyə mindi. (Gürcüstan Dövlət Şurasının 21 oktyabr 1992-ci il dekreti Gürcüstan Nazirlər Kabinetinin 16 yanvar 1993-cü il 39 nömrəli qərarı, Gürcüstan Dövlət başçısının 30 dekabr 1994-cü il 249 nömrəli qərarı, 16 fevral 1996-cı il 166 nömrəli fərmanı).

Həmin sənədlərdə torpağın özəlləşdirilməsinin 3 kateqoriyası müəyyənləşdirildi.

1. Kənd adamları üçün (0.15 ha)

2. Fermer təsərrüfatı üçün (0.13)

3. Şəhər əhalisi üçün (0.16)

Bu qərarlardan irəli gələn tələblər 1996-cı ilə qədər demək olar ki, soydaşlarımızın yaşadıqları regionunda tətbiq olunmurdu.

16 fevral 1996-cı il tarixində “Kənd təsərrüfatı təyinatlı torpaq üzərində mülkiyyət haqqında Gürcüstan qanunu qəbul olundu. Bu qanuna əsasən ölkə vətəndaşlarının öz həyətyanı sahələri üzərində mülkiyyət hüququ tanındı”.

Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, şair Eyvaz Borçalı, ziyalılardan Telman Qasımov, İradə Rzazadə, Mehman Rəsulov və başqaları iştirak ediblər.

Sonda qərara gəlindi ki, bu tipli tədbirlər silsilə şəklində keçirilsin, Gürcüstanda yaşayan soydaşlarımızın müxtəlif problemlərinin həllinə dair müzakirələr aparılsın.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …