Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Gürcüstanda müxalif partiyanın lideri azərbaycanlıların yaşadığı kəndə getdi

Gürcüstanda müxalif partiyanın lideri azərbaycanlıların yaşadığı kəndə getdi

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyasının lideri, deputat David Bakradze azərbaycanlıların yaşadığı Marneuli rayonunun Alget kəndində yerli sakinlərlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

D.Bakradze Avropalı Gürcüstan Partiyasının Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədi Əhməd İmamquliyevlə birgə kəndin problemləri ilə maraqlanıb.

Sakinlər Alget kəndində infrastruktur problemlərin mövcud olduğunu qeyd edərək bir ildən çoxdur kəndin yalnız bir hissəsinin içməli su ilə təmin olunduğunu diqqətə çatdırıblar.

Partiya lideri bildirib ki, Alget kəndinin problemlərinin həlli ilə bağlı Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi naziri Levan Davitaşviliyə müraciət olunub.

D.Bakradze kənd sakinlərini mayın 19-da keçiriləcək Marneuli rayon icra başçısı seçkilərində fəal olmağa çağırıb. O, hakim Gürcü Arzusu Partiyasını insanları narahat edən problemlərin həlli istiqamətində heç bir tədbir görməməkdə ittiham edib.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …