Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Gürcü polisi Mübariz İbrahimovun fotosunu sökmək istədi, türk sürücü icazə vermədi – Video

Gürcü polisi Mübariz İbrahimovun fotosunu sökmək istədi, türk sürücü icazə vermədi – Video

Gürcüstan polisi Türkiyə vətəndaşı Mətin Ərdəmin idarə etdiyi TIR-ın qoşqusunda şəhid Ömər Halisdəmir və Azərbaycanın milli qəhramanı Mübariz İbrahimovun fotosuna görə problem yaradıb.

Naxçıvandan duz daşıyan M.Ərdəm Gürcüstan sərhədində polis tərəfindən saxlanılıb. Gürcüstan polisi sürücüdən TIR-ın qoşqusundakı Mübariz İbrahimovun fotosunu çıxartmağı tələb edib. Sürücü bununla bağlı sertifikatının olduğunu bildirib və qarşı çıxıb.

M.Ərdəm hər iki fotodakı qəhrəmanların onun üçün dəyərli olduğunu deyib. Keçməyinə icazə verilmədiyinə görə sürücü ilə polislər arasında mübahisə yaranıb.

Daha sonra Ardahandakı jandarma əməkdaşları məsələ ilə bağlı Türkiyənin Gürcüstandakı konsolluğuna məlumat verib. Danışıqlardan sonra gürcü polisi M.Ərdəmin keçməsinə icazə verib.

 

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …