Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Gür­cüs­tan­da dörd azər­bay­can­lı, Ru­si­ya­da bir­cə nə­fər də olmadı

Gür­cüs­tan­da dörd azər­bay­can­lı, Ru­si­ya­da bir­cə nə­fər də olmadı

“Baş­lı­ca sə­bəb­lər­dən bi­ri də di­as­por təş­ki­lat­la­rı­mı­zın bir-bi­ri­lə yo­la get­mə­mə­si­dir”

Sa­mir Adı­gö­zəl­li: “Di­gər fak­tor isə soy­daş­la­rı­mı­zın və­tən­da­şı ol­duq­la­rı öl­kə­nin ic­ti­mai-si­ya­si hə­ya­tın­da zə­if təm­sil­çi­li­yi­dir”

Gür­cüs­tan­da ke­çi­ri­lən par­la­ment seç­ki­lə­rin­də 4 azər­bay­can­lı de­pu­tat man­da­tı qa­za­nıb. Ma­jo­ri­tar da­i­rə­lər­də ke­çi­ri­lə­cək ikin­ci tur­dan son­ra on­la­rın sa­yı 5 də ola bi­lər.
Ha­kim “Gür­cü ar­zu­su-de­mok­ra­tik Gür­cüs­tan” par­ti­ya­sın­dan pro­por­si­o­nal si­ya­hı üz­rə na­mi­zəd­li­yi irə­li sü­rül­müş Ma­hir Dər­zi­yev, ha­kim par­ti­ya­nın ma­jo­ri­tar si­ya­hı­dan na­mi­zəd­lə­ri Sa­va­lan Mir­zə­yev se­çi­ci­lə­rin 50,02 fa­i­zi­nin, Rus­lan Ha­cı­yev isə 56,13 fa­iz səs­lə­ri­ni top­la­ya­raq de­pu­tat man­da­tı qa­za­nıb.
Da­ha bir soy­da­şı­mız, öl­kə­nin əsas ana mü­xa­li­fə­ti sa­yı­lan “Va­hid Mil­li Hə­rə­kat” par­ti­ya­sı­nın üz­vü Azər Sü­ley­ma­nov da pro­por­si­o­nal si­ya­hı üz­rə man­dat əl­də edib.
Gür­cüs­tan Mər­kə­zi Seç­ki Ko­mis­si­ya­sın­dan bil­di­rib­lər ki, ar­tıq bül­le­ten­lə­rin 100 fa­i­zi sa­yı­lıb və il­kin he­sab­la­ma­la­ra gö­rə, pro­por­si­o­nal si­ya­hı üz­rə cə­mi 3 par­ti­ya par­la­men­tə ke­çə bi­lib. “Gür­cü ar­zu­su-de­mok­ra­tik Gür­cüs­tan” par­ti­ya­sı 48,65 fa­iz, “Va­hid Mil­li Hə­rə­kat” par­ti­ya­sı 27,11 fa­iz, “Gür­cüs­tan Və­tən­pər­vər­lər Al­yan­sı” isə 5 fa­iz səs top­la­yıb. Əsas mü­xa­li­fət par­ti­ya­la­rın­dan olan “İrak­li Ala­sa­ni­ya- azad de­mok­rat­lar” par­ti­ya­sı 4,62 fa­iz­lə man­dat qa­za­na bil­mə­yib. Par­la­mentdə təm­sil olun­maq üçün hər bir par­ti­ya 5 fa­iz­lik həd­di keç­mə­li­dir.
Gür­cüs­tan MSK-nın mə­lu­ma­tı­na gö­rə, ək­sər ma­jo­ri­tar da­i­rə­lər­də na­mi­zəd­lər la­zım olan sə­si top­la­ya bil­mə­yib. Ona gö­rə də hə­min da­i­rə­lər­də ikin­ci tur ke­çi­ri­lə­cək. İkin­ci tu­run no­yab­rın 2-də ke­çi­ri­lə­cə­yi göz­lə­nir.
Qeyd edək ki, azər­bay­can­lı­la­rın yığ­cam ya­şa­dı­ğı Mar­ne­u­li ra­yo­nu əra­zi­sin­də təş­kil olun­muş 36 say­lı da­i­rə­də da­ha bir azər­bay­can­lı, Əh­məd İmam­qu­li­yev qə­lə­bə­yə da­ha ya­xın­dır. Bi­rin­ci tur­da o, se­çi­ci­lə­rin 47,91 fa­i­zi­nin sə­si­ni qa­zan­maq­la Ta­maz Na­ve­ri­a­ni­ni (43,41 fa­iz) üs­tə­lə­yib. Hə­min da­i­rə­dən da­ha az səs top­la­mış na­mi­zəd­lər ikin­ci tu­ra bu­ra­xıl­ma­ya­caq. Gür­cüs­tan Seç­ki Mə­cəl­lə­si­nin tə­lə­bi­nə gö­rə, ikin­ci tu­ra bi­rin­ci tur­da ən çox səs top­la­mış iki na­mi­zəd bu­ra­xı­lır.
Be­lə­lik­lə, Ə.İmam­qu­li­yev ikin­ci tur­da qə­lə­bə qa­zan­sa, Gür­cüs­tan par­la­men­tin­də təm­sil olu­na­caq azər­bay­can­lı de­pu­tat­la­rın sa­yı müs­tə­qil­lik döv­rün­də ilk də­fə ola­raq 5 nə­fər ola­caq.
Qeyd edək ki, bir müd­dət əv­vəl Ru­si­ya­da da par­la­ment seç­ki­lə­ri ke­çi­ril­di. Hə­min öl­kə­də azər­bay­can­lı­la­rın kom­pakt ya­şa­ma­sı­na bax­ma­ya­raq, bir nə­fər də ol­sun par­la­men­tə dü­şə bil­mə­di. Bu iki öl­kə ara­sın­da mü­qa­yi­sə apar­dıq­da han­sı re­al­lıq­lar üzə çı­xır? Gür­cüs­tan­da­kı fə­al­lıq ni­yə Ru­si­ya­da ol­ma­yıb?
Dün­ya Azər­bay­can­lı­la­rı Konqre­si ic­ra apa­ra­tı­nın rəh­bə­ri Sa­mir Adı­gö­zəl­li qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, bu­nun bir sı­ra ob­yek­tiv sə­bəb­lə­ri var: “Bi­rin­ci­si, se­çi­ci­lə­rin sa­yı ba­xı­mın­dan Gür­cüs­tan­da ya­şa­yan azər­bay­can­lı­la­rın fa­i­zi Ru­si­ya ilə mü­qa­yi­sə­də da­ha çox­dur. Ola bi­lər ki, Ru­si­ya­da ya­şa­yan azər­bay­can­lı­la­rın sa­yı Gür­cüs­tan­da­kı­lar­dan çox­dur. An­caq öl­kə əha­li­si­nin sa­yı ilə bağ­lı mü­qa­yi­sə­də üs­tün­lük Gür­cüs­ta­na aid­dir. İkin­ci bir tə­rəf­dən isə, Bor­ça­lı­da ya­şa­yan azər­bay­can­lı­la­rın bö­yük ək­sə­riy­yə­ti kom­pakt məs­kun­la­şıb. Bu­nun da seç­ki­yə tə­si­ri var. Fi­kir ver­sə­niz gö­rər­si­niz ki, mo­ja­ri­tar qay­da­da se­çi­lən de­pu­tat­lar məhz hə­min əra­zi­lər­dən se­çi­lib. Ru­si­ya­da isə azər­bay­can­lı­lar kom­pakt de­yil, bü­tün öl­kə bo­yu sə­pə­lə­nib. Ru­si­ya­da məs­kun­la­şan soy­daş­la­rı­mı­zın bö­yük ək­sə­riy­yə­ti seç­ki hü­qu­qu­na ma­lik de­yil. Çün­ki ço­xu biz­nes məq­sə­di­lə ora ge­dən Azər­bay­can və­tən­daş­la­rı­dır. Ru­si­ya­da­kı soy­daş­la­rı­mı­zın zə­if nə­ti­cə gös­tər­mə­si­nin və de­mək olar ki, ümu­miy­yət­lə par­la­mentdə təm­sil olu­na bil­mə­mə­si­nin baş­lı­ca sə­bəb­lə­rin­dən bi­ri də di­as­por təş­ki­lat­la­rı­mı­zın bir-bi­ri­lə yo­la get­mə­mə­si­dir. Di­gər fak­tor isə soy­daş­la­rı­mı­zın və­tən­da­şı ol­duq­la­rı öl­kə­nin ic­ti­mai-si­ya­si hə­ya­tın­da zə­if təm­sil­çi­li­yi­dir. Ru­si­ya­da­kı azər­bay­can­lı­lar da­ha çox biz­ne­sə üs­tün­lük ve­rir”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın