Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Günün fotosu – “Sil gözün yaşı, bacı, ağlama, bəsdi”

Günün fotosu – “Sil gözün yaşı, bacı, ağlama, bəsdi”

Çox duyğulu şəkildir. Buna mində bir adam sakit baxa, kövrəlməyə bilər. 

Bu uşaqlar şəhid Vüqar Sadıqovun balalarıdır. 

Böyük övlad oğuldur, artıq özünü atasının yerinə qoyub, evin kişisidir, atasının şəklini sinəsinə sıxmış bacısına “sil gözünün yaşını” deyir və öz kiçik bacısının göz yaşlarını silir. 

Bunun ailə başçısı olan vaxtıydımı, çiyinlərinə bacı yükü götürən zamanıyıdım?

108723780_3022344284547466_2580195800591048938_n.jpg (56 KB)

Amma bu həyatdır, ölüm qaşla göz arasındadır – xüsusilə də düşmənlə təmas xəttində olanlar üçün.

Bəxt, tale məsələsi də deyil, bu şüurlu şəkildə seçilmiş yoldur, düşmən çəpəri olan oğulların başına vaxtaşırı gələ bilən işdir. 

Bu övladların gələcəyi naməlum deyil. Dövlət bu kişibalanı bir tərəfə çıxaracaq, o da öz bacılarını böyüdəcək, xoşbəxt olmalarına çalışacaq. 

Bu millət öz şəhidlərinə, vətən yolunda fəda olanlara sahib çıxmağı bacarır. Ancaq Vüqarın gənc ömrü heyf oldu, o, bu körpə, şirin balaları köksünə doyunca sıxmamışdı. 

Allah şəhidlərimizə rəhmət eləsin. Dünyanın bütün qəsbkarlarına lənət olsun. Musavat.com

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …