Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Gülün hakimiyyətə qayıdışı Azərbaycanla münasibətləri korlayacaq” – Doğu Perincek

“Gülün hakimiyyətə qayıdışı Azərbaycanla münasibətləri korlayacaq” – Doğu Perincek

Rəcəb Tayyib Ərdoğan və Abdullah Gülün münasibətlərində problemlər dünən meydana gəlməyib, onlar çoxdan mövcuddur. Türkiyəli tarixçi, politoloq Doğu Perincek Sputnik Azərbaycan üçün Türkiyənin hazırkı və keçmiş prezidentlərinin qarşıdurmasını müzakirə edərkən bu fikirləri işlədib.

Türkiyənin keçmiş prezidenti Abdullah Gül bu günlərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 16 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdən imtina edib.

Perincekin sözlərinə görə, hər kəsə məlumdur ki, ABŞ Ərdoğanı siyasi səhnədən götürmək istəyir, Gül isə məhz amerikayönümlü siyasətçidir. Politoloq qeyd edib ki, amerikalılar Türkiyədə hakimiyyətdə məhz Gülün komandasını görmək istəyirlər və 2016-cı il iyulun 15-də çevriliş cəhdinin səbəbi də bu olub.

“Əgər onların cəhdi uğurla nəticələnsə idi, yəqin ki, ölkəni indi keçmiş prezidentin komandası idarə edirdi” — politoloq bildirib.

Onun fikrincə, rəsmi seçkilərdə Gül heç vaxt Ərdoğana qalib gələ bilməz, çünki onun nüfuzu elə də böyük deyil.

Perincek vurğulayıb ki, keçmiş prezident ABŞ-sız Türkiyədə heç nə edə bilməz və zaman göstərir ki, Amerika ilə də heç nə edə bilmir: “Hesab edirəm ki, o prezident seçkilərində namizədliyini irəli sürməyəcək, lakin onun komandası işini davam etdirəcək. ABŞ-ın Türkiyəyə dair öz planları var, onlar Ərdoğanı siyasi səhnədən çıxarmaq və Türkiyəni Avrasiya yolundan döndərməyə çalışırlar”.

Politoloqun sözlərinə görə, Gül ABŞ-a “kürd açılımı”nı yenidən həyata keçirmək üçün lazımdır.

Perincekin fikrincə, Ərdoğanın da nöqsanları var və o, təkbaşına ölkəni idarə edə və xalqı birləşdirə bilməz. Bundan əlavə, Ərdoğanın ölkənin dünyəviliyi ilə bağlı problemləri var və o da mütəmadi olaraq Avrasiya yolu ilə əlaqədar şübhələrə düşür.

“Türkiyəyə bu gün milli koalisiya lazımdır, Gül isə amerikayönümlü olaraq birmənalı şəkildə zərərlidir” — politoloq bildirib.

Türkiyənin keçmiş və hazırkı liderlərinin qarşıdurmasının Azərbaycan-Türkiyə münasibətlərinə təsirini şərh edən Perincek qeyd edib ki, bu münasibətlər Türkiyə siyasi yönümünü dəyişərək Çin, İran, İraq, Suriya kimi Avrasiya dövlətləri ilə ciddi yaxınlaşmaya gedərsə daha da inkişaf edər.

Politoloq əmindir ki, Türkiyənin Avrasiya yolu onun Azərbaycanla əlaqələrinin daha da sıxlaşmasına səbəb olacaq, lakin Türkiyə Qərbi seçərsə, bu, iki ölkənin münasibətlərinə mənfi təsir göstərəcək.

“Gül Amerikanın layihəsidir. Əgər o və yaxud onun komandası hakimiyyətə gəlsə, bu birmənalı olaraq Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vuracaq. Türkiyə Avrasiyada öz yerini tutmalıdır və Bakı və Ankaranın münasibətlərinin ən optimal inkişaf variantıdır” — Perincek bəyan edib.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın