Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Gülər Əhmədova Qurtuluş Günündən yazdı…

Gülər Əhmədova Qurtuluş Günündən yazdı…

“Heydər Əliyev elə bir məqamda “Azərbaycan” adlı gəminin sükanı arxasına keçdi ki, qayalara çarparaq param –parça olmaq təhlükəsindəydi”

Sabah Milli Qurtuluş Günüdür. Cəmiyyətin başı Birinci Avropa Oyunlarına qarışdığı üçün bu günün sanki ikinci plana keçirildiyi təsəvvürü formalaşıb. Amma bu günü unutmayan və əksinə, onu bütün təqvim günlərindən üstün tutanlar da az deyil…
Keçmiş millət vəkili Gülər Əhmədova da bu qəbildəndir. Onun Qurtuluş Günü münasibətilə Moderator.az-a göndərdiyi yazını oxucuların diqqətinə təqdim edirik:

“Yer adlı planetdə bir HEYDƏR ƏLİYEV vardı. Onu tanıyanların həyatına muxtəlif dövrlərdə muxtəlif cür gəldi və izini qoyub getdi…
Mənim həyatıma ilk dəfə HEYDƏR ƏLİYEV atamın əsgərlik xatirəsi ilə gəlmişdi. Yaşlı və orta nəsil xatırlayar, Rusiyada hərbi xidmət edənlər ilk vaxtlarda ana soyuşü ilə başlayan ifadələrin psixoloji gərginliyinin təsiri altına düşürdülər, lakin zaman keçdikcə qulaqları öyrəşirdi. Atam da hərbi xidməti zamanı komandirinin bu tip muraciət formasına çox sərt reaksiya verərək ona əl qaldırıbmış və buna görə ağır cəza ilə cəzalandırılmalıymış. Amma Heydər Əliyevin soyadı onu bu cəzadan xilas edib…

1969-cu il Heydər Əliyevin Azərbaycanın 1 – ci katibi seçilməsi təkcə respublikada deyil, sovetlər məkanında çox böyük rezonans doğurubmuş. Atamın də həqiqi hərbi xidmət müddəti həmin dövrə təsadüf edib. Əliyev soyadlı əsgər yalnız bu familiyanı daşıdığı üçün hərbi tribunalın rəhbərliyi güzəştə gedir və bəlkə də ilk dəfə ruslar məhz bu hərbi hissədən başlayaraq azərbaycanlı əsgərlərə söyüşlə muraciət etmirlər. Atam da sonralar bizə zarafatla “o vaxt Azərbaycana Heydər Əliyev gəlməsəydi, bəlkə siz də yox idiniz” deyərdi…

Heydər Əliyev gəlməsəydi….

Bu etirafı daha necə – neçə insan dilinə gətirəcəkdi illər sonra. Heydər Əliyevin hələ 1987-ci ildə əslində xaraktercə özündən çox – çox zəif olan Qorbaçov tərəfindən sovetlərin rəhbərliyindən kənarlaşdırılması bir tərəfdən onun dahi şəxsiyyət kimi xarakterini həzm edilə bilməməsi idisə, digər tərəfdən belə bir aqibət bu milləti və məmləkəti dəhşətli uçurumlardan xilas etmək üçün Uca Allahin ilahi gedişi idi. O getdi ki, yenidən gəlsin. O getdi ki, şər imperiyası çöksün və yerindəki müstəqil dövlətlərdən birinin dar günündə imdadına yetişmək üçün qayıtsın. Elə ona görə də hər şərdə bir xeyir axtaranlar yanılmırmış. Qorbaçovun şəri Azərbaycan adlı dövlətin və millətin xeyirinin müjdəçisiymiş…

“Qurani – Kərim”də “sizin xeyir bildiyiniz şeylərdə bir ziyan, ziyan bildiyiniz şeylərdə bir xeyir var” – deyə buyrulur. Bu baxımdan Ulu Öndərin fitnəkar Qorbaçov tərəfindən Siyasi Büro üzvlüyündən uzaqlaşdırılması məhz həmin məqam idi…

Qərb çökməkdə olan sovetlərin bütün ərazilərinə azadlıq və demokratiya adı altında aşırı xaos və düzənsizlik də ixrac etməyə imkan tapmışdı və bu “hava”dan ‘’keflənən’’ siyaslərin bir coxu əvvəlki nizam – intizamlı həyatlarını dəyişərək daha demokrat görünmək ücün hər cür oyunlardan çıxırdılar. Nəticədə ötən əsrin əvvəllərindəki şanssızlıq – cümuhuriyyətimizin cəmisi 23 ay davam gətirməsi 100 il sonra təkrarlanmaq təhlükəsindəydi. Amma Rəbbimiz bu dəfə Azərbaycana, onun cəfakeş insanlarına qıymadı. Heydər Əliyev elə bir məqamda “Azərbaycan” adlı gəminin sükanı arxasına keçdi ki, qayalara çarparaq param –parça olmaq təhlükəsindəydi…
Amma o insanlığın mövcud olduğu bütün dönəmlərdəki gəmi kapitanlarından peşəkar olduğunu sübut elədi və “Azərbaycan”ı sağ-salamat sahilə çıxara bildi. Sahildə isə onu daha neçə-neçə sınaqlar – sui – qəsdlər, dövlət çevrilişləri gözləyirdi. O, bu imtahanlardan da qalibiyyətlə çıxdı və bu günki Azərbaycanı bizlərə ərməğan elədi. O Azərbaycanı ki, bu günlər təkcə mənsub olduğu qoca qitənin deyil, planetin dörd bir yanından heyrətlə izlənilir və Birinci Avropa Oyunları kimi möhtəşəm tədbirlərə ev sahibliyi etməklə dostlarını sevindirib, düşmənlərini xar edir.

Peyğəmbərimizin (s.s.) hədislərinin birində deyilir ki, insan öldükdən sonra əməl dəftəri açıq qalır və övladlarının etdiyi hər yaxşı əmələ görə həmin dəftərə savab yazılır. Heydər Əliyev də cismani olaraq aramızda olmasa da onun adı, ideyaları, irsi, bizə qoyub getdiyi bu Vətən yaşayır və azadlılğına, müstəqilliyinə, firəvanlığına görə hamımız onun ruhu qarşısında baş əyirik. Onun bir xoşbəxtliyi də Peyğəmbər hədisində deyildiyi kimi övladı İlham Əliyev tərəfindən bu qədər möhtəşəm işlərin görülməsidir. Bu baxımdan ulu Öndərin əməl dəftərinə minlərlə savab səhifələri yazıldığını demək üçün əlimizdə tutarlı sübutlar var. Ona görə də ona min rəhmət duaları dilimizdən düşmür və əminəm ki, daha neçə-neçə illər millətimiz onu sonsuz minnətdarlıqla, rəhmətlə yad edəcək.”

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın