Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / GÜLƏR ƏHMƏDOVA DÜŞMƏNLƏRİNDƏN DANIŞDI

GÜLƏR ƏHMƏDOVA DÜŞMƏNLƏRİNDƏN DANIŞDI

Sabiq millət vəkili, psixologiya elmləri üzrə fəlsəfə doktoru Gülər Əhmədovanın Bakı Dövlət Universitetinin müəllimi vəzifəsindən azad olunması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən sabiq millət vəkili G.Əhmədova ictimaiyyətin diqqətinin “MTN işi” ilə bağlı baş verən proseslərə fokslaşdığı bir dönəmdə onun adının hallandırılmasını müəyyən qüvvələrin bulanıq suda balıq tutmaq istəyi kimi xarakterizə edib. G.Əhmədovanın qənaətincə, bu cür informasiyalar bəzi şəxslərin onunla bağlı xoş olmayan niyyətindən, onu aşağılamaq və gözdən salmaq istəyindən xəbər verir:
“Bu və bu qəbildən olan informasiyalar bulanıq suda balıq tutmaq istəyənlərin xam xəyalından başqa bir şey deyil. Onların mənimlə bağlı bundan öncəki niyyətləri puç olduğu kimi, bu niyyətləri də puç olacaq”.

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …

Bir cavab yazın