Azərbaycan gömrüyündə sular durulmur. Az qala 20 ildir ki, gömrükdə
mövcud olan problemlər qalır. Qaçaqmalçılıq, aksizsiz tütün məhsulları
və spirtli içkilərin daxili bazarda total satışı.
Rüşvət,
korrupsiya, iş adamları üçün yaradılan bəyənnamə problemləri. Və
nəhayət bütün dünyanın illərdir gömrük sistemində istifadə etdiyi “Yaşıl
dəhliz”dən yararlanma. Azərbaycanda bu sistemdən kimlər istifadə edə
bilir. Ölkəyə daxil olan Tırların öncədən bəyənnamə dolduraraq növbəyə
dayanmadan keçid probleminin həlli mümkünsüz görünür.
Gundeminfo.az-a
daxil olan informasiyaya əsasən Azərbaycana daxil olan və “Yaşıl
dəhliz”dən istifadə etmək imkanları da əslində daxili bazarda
monopoliyaya başçılıq edənlərə məxsusdur. Sıradan bir iş adamı,
sahibkara ən müxtəlif bəhanələrlə bu yenilikdən istifadə imkanları
tanınmır.
Süni
əngəllər yaraılıaraq onların bu mütərəqqi sistemdən yararlanaraq daxili
bazarda rəqabət imkanları qazanması, saxlanc yerlərinə, anbarlara
daşınmadan idxal edilən mal və məhsulların birbaşa olaraq sahibkara
çatdırılmasında problemlər yaradılır.
Gundeminfo.az-a
müraciət edən iş adamları iddia edir ki, idxalatla məşğul olan iş
adamları rəsmi olaraq bəyənnamələrini və hesabatlarını verdikdən sonra
ən çox mallarının Dövlət Gömrük Komitəsinə məxsus saxlanc yerlərindən
çıxarmaqda çətinlik çəkirlər. Bazara mal çıxarmaq aylarla çətinləşir.
Hətta bəzən daxili bazarda qiymətlərin artması və azalması səbəbindən
yerli sahibkarlar ciddi böhranla üzləşməli olurlar.
İnformasiyaya
əsasən gömrük sistemində “Yaşıl dəhliz”dən istifadə ednələr komitəsədri
Səfər Mehdiyevinyaxın ətrafında topladığı iş adamlarıdır.
Bütün iddialarla bağlı Dövlət Gömrük Komitəsinin də mövqeyini dinləməyə hazırıq.
Həmçinin oxuyun
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …