Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı

Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı

Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişikliyi baş verib.
AzVision.az-ın məlumatına görə, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. Onun yerinə Kənan Məmmədov təyinat alıb.
Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqov Şirvan Gömrük İdarəsinə rəis təyin edilib. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük idarəsinə gətirilib.
Qeyd edək ki, Pərviz Rəhimov azərbaycanlı oliqarx-milyarder İlham Rəhimovun qohumudur.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev mətbuata açıqlamasında qurumda ciddi islahatların aparılacağını bəyan edib.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …