Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Gömrük Komitəsinə rəhbərlik bu adama tapşırıldı…

Gömrük Komitəsinə rəhbərlik bu adama tapşırıldı…

Xəbər verildiyi kimi, Dövlət Gömrük Komitəsi (DGK) haqqında Əsasnamədə dəyişiklik edilib.  Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Dövlət Gömrük Komitəsində birinci müavin postunun sayı birdən ikiyə qaldırılıb və Şahin Bağırov DGK sədrinin 1-ci müavini təyin edilib.

***

12 yanvar 1965-ci ildə anadan olmuş Şahin Bağırov 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.

Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenı alıb.

2014-cü ilin yanvar ayından Azərbaycan Respublikasının sədrinin müavini vəzifəsində çalışır.
Bu il fevralın 3-də prezidentin müavfiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …