Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / “Gizlənirik ki, görünməyək” – Hadı Rəcəbli

“Gizlənirik ki, görünməyək” – Hadı Rəcəbli

Ötən gün Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilib. Vida mərasimində keçmiş deputatlar Hadı Rəcəbli və Hüseynbala Mirələmov da iştirak edib. Uzun müddət sonra görünən Hadı Rəcəblinin kəskin şəkildə arıqlaması diqqət çəkib.

Məsələ ilə bağlı “Unikal”a danışan H. Rəcəbli arıqlamasının səbəbini açıqlayıb:

“İdman edirəm, özümü qoruyuram. Bəziləri yazır ki, guya, xəstəliyə tutulmuşam. Heç bir xəstəliyim yoxdur. Hər şey yüksək səviyyədədir. Sadəcə, çalışıram ki, arıqlayım. Gizlənirik, çalışırıq ki, görünməyək. Görünəndə də belə olur”, – deyə sabiq deputat qeyd edib.

Həmçinin oxuyun

“Utancverici hadisədir, məhkəmənin qərarını gözləyirəm” – Teatr direktoru

“Məhkəmənin son qərarını səbirsizliklə gözləyirəm. Çünki mənimsəmə faktına görə ölkədən çıxış qadağası qoyulub. Bu, isə …