Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Gizirimiz son mənzilə yola salındı

Gizirimiz son mənzilə yola salındı

Azərbaycan Ordusunun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu, gizir Abdullayev Hafiz Məhəd oğlu doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn edilib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı və RİH-in əməkdaşları, habelə hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri, mərhumun komandirləri və hərbçi yoldaşları, eləcə də rayon sakinləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı mərhumun atasına təqdim edilib. Yaylım atəşindən sonra Hafiz Abdullayev dəfn edilib.

Xatırladaq ki, mart ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Aparılan axtarışlar nəticəsində onlardan birinin – H.Abdullayevin nəşi tapılıb. O, Qazax rayonu Yuxarı Salahlı kəndinin sakinidir. Onun nəşi bu gün səhər saatlarında doğulduğu kəndə aparılıb.

Qeyd edək ki, Hafiz Abdullayev ailəlidir, 3 övladı var.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …