Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Generaldan məmur uşaqları ilə bağlı yol polisinə qəti tapşırıq – FOTO

Generaldan məmur uşaqları ilə bağlı yol polisinə qəti tapşırıq – FOTO

Mirqafar Seyidov intizamsız sürücülərə qarşı sərt mübarizə aparılmasını taprışıb

Bu gün Dövlət Bayrağı Meydanında Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinə sıra baxışı keçirən BPİ-nin rəisi, general-mayor Mirqafar Seyidov qayda pozan sürücülərə qarşı sərt və qətiyyətli mövqe nümayiş etdirmək üçün yol polisi əməkdaşlarına göstəriş verib. Avtosfer.az-ın məlumatına görə, tədbirdə çıxış edən general bildirib ki, bəzi cinayətkar meyilli insanlar, eləcə də, məmur övladları yol hərəkəti qaydalarını kobud şəkildə rozur. Bununla yanaşı, onlar bəzən yol polisi əməkdaşlarına qarşı kobudlağa da yol verirlər. Mirqafar Seyidov bildirib ki, belə insanlara qarşı hər zaman qanun çərçivəsində tədbirlər görülüb. İdarə rəisi yol polisi əməkdaşlarına bu cür intizamsız sürücülərə qarşı sərt mübarizə aparılmasını tövsiyyə edərək onları öz işlərində daha məsuliyyətli və qətiyyətli olmağa çağırıb: «Yol polisləri qaydaları kobud şəkildə pozan cinayətə meyilli şəxslərə, məmur uşaqlarına qarşı hər zaman hazırlıqlı olmalı və amansız mübarizə aparmalıdır. Yol hərəkəti qaydalarına əməl etmək hər kəsin borcudur».

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın