Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / General və adamları üçün Mərdəkanda villalar necə tikilib? – qaçqınlarla qarşıdurma, hədə-qorxu…

General və adamları üçün Mərdəkanda villalar necə tikilib? – qaçqınlarla qarşıdurma, hədə-qorxu…

“MTN çetesi”nin üzvləri tərəfindən sahibkarlara, ayrı-ayrı vəzifəli şəxslərə qarşı qanunsuz hərəkətlərin edilməsi haqda çox yazılıb. Cinayət işi materialalrından üzə çxıan məlumatlardan aydın olur ki, ləğv edilmiş MTN-in vəzifəli şəxsləri şəxsi maraqları naminə vətəndaşlara hədə-qorxu gələrək əmlaklarını ələ keçiriblər, onlara qanunsuz olaraq azadlıqdan məhrum ediblər.

Musavat.com “MTN işi” üzrə daha bir ilgin epizodun təfərrüatlarını əldə edib. İşin ilginc olan tərəfi budur ki, MTN zabitləri özlərinə yan-yana 3 villa tikdirmək üçün sotlarla torpaq sahəsi alıblar. Bu zaman torpaq sahibinə hədə-qorxu gələrək pulunu ödəməkdən imtina ediblər.

Bu iş üzrə zərərçəkmiş şəxs Mərdəkan qəsəbə sakini Əliyev Əliəsgər Ağababa oğludur. O, ilk dəfə 2011-ci ildə Prezident Administrasiyasına müraciət edərək o zmankı MTN-in Xəzər rayon İdarəsinin əməkdaşı Heydər İslamovun ondan 50 sot torpaq sahəsi aldığını, amma ödənişin yarısını etmədiyini bildirib. O, növbəti şikayətini 2013-cü ildə edərək MTN-in Xəzər rayon idarəsinin rəisi Rafiq Səfərovun bibisi oğlu Rövşən adlı şəxsin ondan 25 sot torpaq alıb 30 min manat versə də qalan məbləği ödəmədiyini, torpağın sənədlərinin saxta olduğunu yalandan deyərək general Elçin Quliyev tərəfindən həbs ediləcəyi ilə hədələndiyini bildirib. Əliəsgər Əliyev ümumilikdə 74 min manat zərər gördüyünü deyib.

Mərdəkan sakininin bu şikayəti o zaman MTN-in müdaxilələri ilə araşdırılmayıb. Amma MTN əməliyatından sonra bu cinayət əməlinin təfərrüatı aydın olub.

Əliəsgər Əliyev şahid və zərərçəkmiş şəxs kimi istintaqda dindirilib.

O, 2005-ci ildə Bağlar idarəsindən atası, qardaşı, bacısı və dostunun hər birinin adına 25 sot olan 4 ədəd bağ sahəsi aldığını və 2011-ci ildə qardaşının adına olan hissəsini satmaq istədiyini deyib. Bunun üçün Xəzər Rayon İcra Hakimiyyətində işləyən Ələkbər adlı tanışına məlumat verib və bu vasitə ilə MTN əməkdaşı olan Heydərlə tanış olub. Sotu 2 min manata razılaşaraq torpaq sahəsi satıb. Daha sonra Heydər adlı MTN əməkdaşı ona yenidən zəng edərək əlavə 25 sot da torpaq sahəsi istədiyini bildirib.

“Heydər dedi ki, birinci torpaq sahəsini idarə rəisi Rafiq Səfərov üçün, ikinci torpaq sahəsini isə general Elçin Quliyev üçün alır. Onunla razılaşdıq, verdim. 10-15 gün sonra pulu almaq üçün Heydərə zəng vurdum. Torpaq sahəsinin Bağlar idarəsinə aid olmadığını, sənədin saxta olduğunu bəhanə edərək pulunu verməyəcəyini dedi. Narazılıq edəcəyim halda həbs olunacağımla hədələdi. Mənə pislik edəcəklərini düşünüb pulu istəməyi dayandırdım”.

Zərərçəkmiş növbəti dəfə 2013-cü ildə atasının adına olan 25 sot torpaq sahəsini də satmaq qərarına gəlib. Bu zaman icra hakimiyyətində işləyən İmran və ya İman adlı şəxslə əlaqə saxlayıb torpağı 37500 manata satmaq istədiyimi dedim. Onlar 30 minə müştəri olduğunu deyiblər və razılaşma olub. Etibarnaməni İmranın yanında olan bir nəfər şəxsə verdim. Sonradan adının Rövşən olduğunu bilim. Amma bir gün sonra Rövşən zəng vurub torpaq üçün verilən sənədin saxta olduğunu bildirdi.

Məni hədələyərək verdiyi 30 mindən 5 minini qaytarmalı olduğumu, əlavə 25 sot torpaq üçün də onun adına etibarnamə verməli olduğunu dedi. O, MTN-in Xəzər rayon udarəsinin rəisinin qohumu idi. Dedi ki, razılaşmasam həbs ediləcəm”.

Zərərçəkmiş şəxs bu hədələrdən sonra onlarla razılaşdığını söyləyib.

O, da məlum olub ki, Əliəsgər Əliyevin MTN zabitlərinə satdığı torpaq sahəsinin 25 sotunda məcburi köçkünlər yaşayırmış.
“MTN işi” ilə bağlı istintaq davam edərkən və Ə.Əliyevin şikayəti araşdırılarkən o, 19 fevral 2016-cı ildə Baş Prokurorluğa teleqram vurub. Və MTN zabitləri Rafiq Səfərov və Heydər İslamovdan olan şikayətini anlaşılmazlıq səbəbindən əsəbi vəziyyətdə yazdığını və şikayət etdiyi şəxslərlə barışdığını deyib.

Bu teleqramdan sonra Əliəsgər Əliyev Baş prokurorluğa çağırılaraq yenidən dindirilib.

O, ifadəsində bildirib ki, Rafiq Səfərovun qohumu Rövşən Abbasovun xahişi ilə görüşüblər. Görüşə uşaqlıq dostu olan Roma adlı şəxsdə gəlib.
“Dedilər ki, adı çəkilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsi üçün danışıq aparırlar. İşlərinin tam həll olunması üçün mənim də şikayət ərizəmdən imtina etməyini xahiş etdilər. Pulları da hissə-hissə qaytarmağa söz verdilər. Ərizədən imtina etmək üçün mənə Dübəndi qəsəbəsində 12 sot torpaq sahəsi verməyə də razılaşdıq”.

Zərərçəkmiş Baş prokruroluqda həqiqətə uyğun olmayan teleqram yazdığını təsdiq edib.

Bu iş üzrə şahid qismində Rövşən Abbasov da dindirilib.

O, ifadəsində Bakıda fərdi yaşayış sahələrinin, ticarət obyektlərinin tikilib satışı ilə məşğul olduğunu, 2015-ci ilin əvvəlinə kimi MTN-nin Xəzər rayon idarəsinin rəisi vəzifəsində işlədiyini deyib.

Qeyd edək ki, şahid Rövşən Abbasov MTN-nin Binqədi rayon idarəsinin rəisi olmuş Rafiq Səfərovun bibisi oğludur.

“2011-ci ildə Rafiq Səfərov məni çağırıb dedi ki, MTN-nin Antiterror mərkəzinin rəisi Elçin Quliyev zəng vuraraq Mərdəkan qəsəbəsində böyük torpaq sahəsinin lazım olduğunu söyləyib. Mən də Xəzər Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyən Ələkbərə dedim. Əliəsgər adlı şəxsin 25 sot torpağını almağa razılaşdıq.

Rafiq Səfərovdan 50 min alıb Ələkbərin yanında Əliəsgərə verdim. Ərazidə məskunlaşmış məcburi köçkünlərin köçürülməsi məsələsini də Əliəsgər öz öhdəsinə götürdü. Ərazini hasarlamağa başlayanda məcburi köçkünlər etiraz etdi, hasarlaya bilmədik.
Sonra torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq olması səbəbindən özəlləşdirilməsinin mümkün olmadı. Əliəsgərə verdiyimiz pulu tələb edəndə pulunun olmadığını bildirdi.

Həmin torpaq sahəsi general Elçin Quliyevə alınırdı.

50 sot torpaq sahəsi üç yerə bölünərək həmin ərazidə Elçin Quliyev, İlqar Əliyev və Rafiq Səfərova ev tikdik. 2 il sonra Rafiq Səfərov həmin torpaq sahəsinin ətrafında olan Əliəsgərə məxsus əlavə 25 sot torpağın alınmasını tapşırdı. Əliəsgərlə 25 min manata razılaşdıq”.

İş üzrə şahid qismində Rafiq Səfərov dindirilərkən ifadəsində göstərib ki, 2004-cü ildən 2007-ci ilədək Antiterror mərkəzində, 2011-ci ildən 2015-ci ilin yanvar ayınadək MTN-nin Xəzər rayon idarəsinin rəisi, 2015-ci ilin yanvar ayından MTN-nin Bakı şəhəri, Binəqədi rayon idarəsinin rəisi vəzifəsində işləyib.

Onun sözlərinə görə, MTN-nin Antiterror mərkəzinin rəisi olmuş Elçin Quliyev onu yanına çağıraraq İlqar Əliyevlə birlikdə Xəzər rayonu ərazisində bağ evi tikmək istədiklərini deyərək onlar üçün ucuz qiymətə bağ sahəsi tapmağı tapşırıb.

O, da bu işi işçisi Heydər İslamova həvalə edib. R.Səfərov sonra olanları yuxarıda qeyd edilən ardıcıllıqla danışıb.

“Hasarın tikintisinə başlayanda torpaq sahəsində məskunlaşmış 3 məcburi köçkün ailəsi tikintiyə icazə vermədi və onlarla qarşıdurma yarandı. Sonra alınan torpağın dövlət mülkiyyətində olduğu məlum oldu. Belə olan halda Elçin Quliyevin yanında rüsvay oldum və Heydərə Əliəsgəri tapıb pulu geri almasını tapşırdım.

Bu barədə Elçin Quliyevə məlumat verib, torpaq sahəsinin sənədi ilə problemin olduğunu dedim. Bu məsələ həll edildi. 2012-ci ilin payız ayından etibarən eyni proyekt üzrə Elçin Quiyev və İlqar Əliyev üçün ev tikilməyə başlandı. Tikintiyə Rövşən Abbasov nəzarət edirdi”.
İş üzrə şahid qismində MTN zabiti Heydər İslamov, Xəzər rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmiş Əliəkbər Aslanov da dindirilib. Onlar da eyni məzmunlu ifadə veriblər.

Qeyd edək ki, bu işdə adı keçən MTN zabitlərindən general Elçin Quliyev həbsdədir. MTN polkovniki İlqar Əliyev isə həbs edildikdən sonra həbsxanada intihar edib.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın