Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / General Mövlam Şıxəliyevdən əcaib açıqlama…

General Mövlam Şıxəliyevdən əcaib açıqlama…

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi barədə xəbər yayılıb.
Bu xəbərin nə dərəcədə doğru olması təsdiqlənməsə də ölkənin Milli Təhlükəsizlik Nazirliyini cinayət yuvasına çevirən, bu nazirlikdə mütəşəkkil cinayətkar dəstə yaradan  və ən əsası istintaq altında olan bir adamın ölkədən çıxışına məhdudiyyətin götürülməsi xəbəri sosial şəbəkələrdə narazılıqla qarşılanıb.Eldar Mahmudovla yanaşı ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslərdən biri də MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyevdir.
Əməkdaşımız sabiq baş idarə rəisi ilə əlaqə saxlayaraq, ona da tətbiq olunan məhdudiyyyətin götürülüb-götürülməməsini soruşub.
Hazırda ölkədə olduğunu deyən Mövlam Şıxəliyev bildirib ki, o sərbəst hərəkət edir: 
“Mən öz ölkəmdəyəm və asudə adam kimi sərbəst hərəkət edirəm”.
“Başqa sizi nə maraqlandırır”  deyən Şıxəliyevdən növbəti dəfə ölkədən çıxışına məhdudiyyətin götürülüb-götürülməməsini soruşuruq.
Cavabında isə general “Bu məsələ sizi maraqlandırmasın və sualınıza cavab vermək istəmirəm” deməklə kifayətlənir.
Qeyd edək ki, Eldar Mahmudovun “baş torbatikəni” kimi tanınan Mövlam Şıxəliyev MTN-dəki cinayətkar şəbəkənin əsas simalarından biri olsa da o, da sabiq nazir kimi həbsdən yaxasını qurtara bilib.
Baxmayaraq ki, “MTN İşi” çərçivəsində aparılan istintaq və məhkəmədə Mövlam Şıxəliyevin həbs olunası üçün tutarlı sübutlar ortaya çıxmışdı.(Gununsesi.org)

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …