Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / General “Mehdiabad”da dəfn olundu – Ramil Usubov dəfndə iştirak edib (FOTOLAR)

General “Mehdiabad”da dəfn olundu – Ramil Usubov dəfndə iştirak edib (FOTOLAR)

Dünən ürəktutmasından dünyasını dəyişən general Rasim Musayev bu gün dəfn olunub.
Mia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, general “Mehdiabad” qəbiristanlığında torpağa tapşırılıb. R.Musayevin dəfnində Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, o cümlədən nazir Ramil Usubov da iştirak edib.
Qeyd edək ki, Rasim Musayevə 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə  polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Öz xahişi əsasında, 2013-cü il yanvarın 21-də daxili işlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. Onu da əlavə edək ki, R.Musayev Gəncə polisinə rəhbərlik edən ilk general olub. Eyni zamanda, onun bu vəzifədən hansı səbəblərdən istefa verməsi uzun müddət mətbuatın müzakirə mövzusu olub.
Gəncədən Bakıya qayıdan general bir neçə gün sonra, yəni 2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilmişdi. Mia.az Report-a istinadən dəfndən fotoları təqdim edir:

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …

Bir cavab yazın