Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / General-leytenant Hikmət Mirzəyevin arxiv görüntüləri yayıldı – FOTOLAR

General-leytenant Hikmət Mirzəyevin arxiv görüntüləri yayıldı – FOTOLAR

Şuşa fatehi, 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan  general-leytenant Hikmət Mirzəyevin gənclik illərinin fotoları yayılıb. Sosial şəbəkədə yayılan fotolar maraqlı müzakirələrə səbəb olub.

Fotoların 1993-cü ildə Birinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Taborun heyəti arasında çəkildiyi iddia edilir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin hərbi rəhbərlərindən biri, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …