Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / General Əli Nağıyev Xorvatiyada səfərdə olub

General Əli Nağıyev Xorvatiyada səfərdə olub

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti  Xorvatiya Respublikası Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Mübarizə Departamentinin (USKOK) dəvəti iləaprelin 8-dən 10-dək Xorvatiyada səfərdə olub.

Səfər cərçivəsində Xorvatiya Respublikasının Baş prokuroru Dinco Svitan, USKOK-un rəisi Tamara Laptos,  eləcə də Ədliyyə Nazirliyinin,  Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Milli Polis Mərkəzinin məsul əməkdaşları ilə görüşlər keçirilib.

Tədbirlərdə Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks, sistemli və ardıcıl islahatların həyata keçirildiyini, bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlıq etdiyini, həmçinin korrupsiyaya qarşı qətiyyətli və səmərəli mübarizədə ölkəmizin öz müsbət təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

Azərbaycan nümayəndə heyəti “USKOK-un strukturu və iş metodları barədə”, “Şikayətçilərin qorunması və yeni antikorrupsiya strategiyası” və “Xüsusi dəlillərin toplanmasında polisin fəaliyyəti” mövzusunda keçirilmiş konfranslarda fəal iştirak etmiş, mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın