Ana səhifə / Cəmiyyət / “Gecikmədə Vəkillər Kollegiyasının səhlənkarlığı olub” – Anar Bağırov

“Gecikmədə Vəkillər Kollegiyasının səhlənkarlığı olub” – Anar Bağırov

“Vəkilliyə qəbulun gecikməsində Vəkillər Kollegiyasının səhlənkarlığı olub”.

Bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov nümayəndəlik institutunun ləğvi və vəkilliyə qəbul prosesindəki gecikmə ilə bağlı sualı cavablandırarkən bildirib.

A. Bağırov deyib ki, Vəkillər Kollegiyasının rəhbərliyi istefa verdiyindən və qurum konfransa hazırlaşdığından vəkilliyə qəbulla bağlı gecikmələr olub: “Biz ən qısa müddətdə sənədlərin qəbulu prosesini bərpa edəcəyik. Bir neçə gün ərzində prosesə başlanacaq”.

Qeyd edək ki, qanunvericiliyə edilən son dəyişikliyə əsasən Azərbaycanda nümayəndəlik institutu ləğv edilib, yanvarın 1-dən mülki və inzibati məhkəmə işlərində nümayəndələr iştirak edə bilməyəcək. Azərbaycan prezidenti İlham Əliyev vətəndaşların məhkəmələrdə hüquqi müdafiəsinin təmin edilməsi üçün vəkillərin sayının artırılmasını vacib sayıb və bununla bağlı Vəkillər Kollegiyasına müvafiq tapşırıq verilib. (AzVision.az)

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …