Ana səhifə / Cəmiyyət / GDU-da MTN-nin adıyla saxta yoxlamanı kimlər aparıb? – Sensasion şikayət

GDU-da MTN-nin adıyla saxta yoxlamanı kimlər aparıb? – Sensasion şikayət

Gəncə Dövlət Universitetində (GDU) rektor və yaxın ətrafının əməllərinə qarşı müəllimlərin etirazları davam edir.

«Reytinq»ə GDU-dan daxil olan məlumata görə, universitetdə baş verən ilginc hadisələrin mətbuatda işıqlandırılması rektor Yusif Yusifovun özüəməxsus üsullarla mübarzəyə əl atmasına səbəb olub.

Məlumata görə, mətbuatda tənqidi məlumatların yer alması artıq rəhbərliyi ciddi şəkildə narahat etməyə başlayıb: «Elə bu səbəbdəndir ki, rəhbərlik bunun qarşısını almaq üçün «ciddi addım»lar atmağa məcbur olubdur. Həmin «addımlar»dan biri də universitet müəllimlərinin gizli yolla dinlənilməsidir. Rektor bu işi ən etibarlı adamı, dekan İldırım Qasımova həvalə edib. Hətta universitetdə şaiyə yayılıb ki, İldırım Qasımov dekan işlədiyi 2-ci mərtəbədə gizli səsyazma qurğuları və kameralar yerləşdirib. Bu kameralar vasitəsilə İldırım Qasımov özü binada olmasa belə, hər şey yazılır və sonra təhlil edilir. Bu aparatlar vasitəsilə müəllimlər və tələbələr tamamilə dinlənilir. Bundan başqa, İldırım Qasımovun müavini, həm də kirvəsi Yəhya Namazov da fakültədə «kəşfiyyat»la məşğul olur. Məsələn, təsadüfən dəhlizdə iki müəllim söhbət eləyən kimi, Yəhya onların yanına gəlir və söhbətlə maraqlanır. Maraqlı burasıdır ki, girvəsi olan müavindən fərqli olaraq, digər «zamdekan» – Elxan Ismayılovu isə İldırım Qasımov dekanlığın qapısından içəri belə buraxmır. Deyir ki, mən, öz fakültəmdə tərbiyə işləri üzrə dekan müavini ştatını ləgv etmişəm. İndi fakültə 4 nəfər qadın tyutorların əlində qalıb».

Daha sonra isə rektorun ən etibarlı adamı İldırım Qasımovun kef məclislərindən çəkilmiş video görüntülərindən (Aşıqlı yaxınlığındakı yeməkxanada çəkilən həmin videonu «Reytinq»ə göndərəcəklərini vəd ediblər – müəlllif) bəhs edən şikayətçilər bildirirlər ki, universitet bazara çevrilib.

Şikayətçilər bir müddət əvvəl Təhsil Nazirliyi, daha sonra isə MTN-nin adıyla GDU-yə «saxta yoxlama» göndərilməsi, həmin yoxlamanı həyata keçirən şəxsin haqqında da sensasion iddia və faktlardan söz açıblar. Hələlik dövlətin iki nazirliyinin adıyla saxtakarlıq edən həmin şəbəkənin kimlərdən ibarət olduğunu dəqiqləşdirmə aparmadan dərc etmirik. Ancaq iddialardan belə aydın olur ki, əvvəl Təsil Nazirliyinin, sonradan isə MTN-nin adıyla universiteti «yoxlamağa» gələn şəbəkənin bu dələduzluğu çox təsadüf nəticəsində açılıb. İki mötəbər qurumun səlahiyyətlərini mənimsəyərək, universitetə gələn, müəllimlərdən izahat alan şəxsin əslində adi adam olduğu aydınlaşandan sonra isə, bu şok hadisəyə Gəncə şəhər Nizami rayon Polis Şöbəsi qarışıb. Dələduzluq edən, vəzifə səlahiyyətlərini mənimsəyən şəxslər haqda cinayət işi açılıb, təhqiqat aparılıb. Lakin hansısa «sehrli əl» işin təhqiqat mərhələsindən çıxmasına imkan verməyib.

GDU-nun müəllimləri işi aparan müstəntiqin adını, həmçinin bu sensasion dələduzluq faktı ilə bağlı digər zərruri sənədləri də əldə etdiklərini deyərək, bunu da qəzetimizə göndərəcəklərini bildriblər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın