Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Gənclər indidən sevgililər gününə hazırlaşır – VİDEO

Gənclər indidən sevgililər gününə hazırlaşır – VİDEO

Fevralın 14-ü, sevgililər günündə ölkə daxilindəki istirahət məkanlarına və xaricə gedənlərin sayı artır. Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, bu günü ölkə daxilində keçirmək xaricdə keçirməkdən heç də ucuz başa gəlmir. Ölkə daxilində həmin tarixlərdə 2 gecə 3 gün istirahət nə az nə çox 700 manatdan başlayır. Bəs xaricə getsəniz bu istirahət sizə neçəyə başa gələr?

10 gündən artıq vaxt qalsa da, gənclər indidən sevgililər gününə hazırlaşır.

Kimiləri bu əlamətdar günü ölkə daxilində, kimiləri isə xaricdə keçirəcəklərini deyirlər. İndidən həmin tarixdə gedəcəkləri yerləri müəyyən edənlər də var.

Araşdırma zamanı məlum oldu ki, bu tarixi ölkə daxilində keçirmək xaricdə keçirməkdən çox da ucuz başa gəlmir. Tələbin çox olması otellərdə və istirahət mərkəzlərində qiymətlərə təsir edib.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, ölkə daxilində 2 gecə, 3 gün 5 ulduzlu oteldə istirahət 700 manatdan baha başa gəlir.

Xarici ölkələrə səyyahətə gəldikdə isə, qiymətlər gün sayından asılı olaraq müxtəlifdir

Rəhman Quliyev onu da bildirdi ki, bu tarixdə turistlər əsasən viza tələb olunmayan ölkələrə üz tuturlar.

  • 04.02.201909:4521

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …