Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Gənclər Azərbaycan universitetlərini boykot edirlər – “Burda heç nə öyrənə bilmirlər“

Gənclər Azərbaycan universitetlərini boykot edirlər – “Burda heç nə öyrənə bilmirlər“

Bu il ali məktəblərə qəbul olmaq üçün 52 min 219 nəfər imtahan verib. Onlardan 23 min 411 nəfəri oğlan, 28 min 808 nəfəri qızdır.

Ötən ilə nəzər yetirsək ciddi azalmanın olduğunu görərik. 2020-ci ildə 84 min 512 nəfər qəbul imtahanında iştirak etmək üçün sənəd verib. Onlardan 45 min 221 nəfəri oğlan, 39 min 291 nəfəri qız olub.

Maraqlıdır bu qədər ciddi azalmaya nə səbəb olub?

Təhsil eksperti Elşən Qafarov Yenisabah.az-a Azərbaycanda normal təhsil verən universitetlərin çox az olduğunu söyləyib:

“Azalma tendensiyası tək bu il deyil. Əvvəlki illərdə də müşahidə olunur. Lakin bu il çox kəskin oldu. Bu azalmaların bir neçə obyektiv və subyektiv səbəbləri var.

Obyektiv səbəbləri sadalasaq, ilk olaraq onu deyə bilərəm ki, Azərbaycanda normal təhsil verə bilən ali təhsil müəssisələrinin sayı barmaqla sayılası qədərdir. Həmin universitetlərdə də bal həddi 600-dən yuxarıdır. Bununla yanaşı yüksək ödəniş də tələb olunur”.

Ekspertin fikrincə, Azərbaycan yeganə ölkədir ki, gənclər öz istədikləri ixtisas üzrə ali təhsil ala bilmirlər:

“İkinci obyektiv səbəb isə Azərbaycanda DİM-in qrup imtahanlarıdır. Artıq gənclərimiz fərqli düşünürlər. Və görürlər ki, onların oxumaq istədiyi ixtisas üzrə ali məktəbə daxil olma şansı 100-dən 5 faizdir. Çünki qrup imtahanlarına görə, abituriyentlər arzuladıqları ixtisaslara daxil ola bilmirlər. 95 faiz abituriyent başqa ixtisaslara qəbul olurlar. Bu baxımdan da gənclər daha çox xaricdə təhsilə üz tuturlar. Çünki ən azından istədikləri ixtisas üzrə gedib təhsil ala bilirlər.

Başqa bir səbəb isə imtahanların çətin olmasıdır. Gənc çətinliklə qəbul olur və daha sonra təhsil ala bilmir. Nəticə olaraq bir diplom əldə edəcək. Digər bir səbəb isə pandemiya dövründə insanların sosial vəziyyətinin ağırlaşmasıdır. Bilirik ki, ali məktəblərə qəbul repetitor hesabına aparılır. Bəziləri işsiz qaldığına görə uşaqlarını hazırlığa göndərə bilmədilər. Bu da azalmaya ciddi təsir etdi”.

E.Qafarov ali təhsil müəssisələrinə inamın itdiyini qeyd edib:

“Getdikcə ali təhsil müəssisələrinə inam itir. Hamı dəbdə olan ixtisaslara qaçır. Lakin ali məktəbi bitirdikdən sonra iş tapa bilmirlər. Azərbaycanda distant təhsil sıfır səviyyədədir. Əgər Azərbaycanda distant təhsil tanınarsa, bu universitetlərdə sənəd qəbulunun aşağı düşməsinə səbəb olacaq.

Digər bir səbəb isə ali təhsil müəssisələrində təhsil haqqının baha olmasıdır. Pandemiya dövründə distant təhsilə müraciət edənlərin sayı artdı. 1800-2000- 3000 manat hansısa ali təhsil müəssisəsinə ödəyib heç nə öyrənməyənlər cəmi 400-500 manat ödəyib xaricdə təhsilə ala bilərlər.

Bütün bunlar təsir edən amillərdir. Yaxın gələcəkdə Azərbaycan universitetlərinə verənlərin sayında ciddi azalma olacaq. Builki nəticədən də daha aşağı nəticə gözlənilə bilər”.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …