Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Gəncənin icra başçısı Elmar Vəliyevin 8 kadrını işdən çıxardı – SİYAHI

Gəncənin icra başçısı Elmar Vəliyevin 8 kadrını işdən çıxardı – SİYAHI

Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Rüstəmli Əli Xasay oğlu vəzifəsindən azad olunub.

Bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb. Həmin şöbənin baş məsləhətçisi Binnətov Natiq Şaməddin oğlu da vəzifəsindən çıxarılıb.

Bundan başqa, icra hakimiyyətinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri Niyazova Lyudmila Zeynal qızı və İstehsal və xidmət sahələri sektorunun müdiri Məmmədov Azər Vilayət oğlu da işdən çıxarılıb. Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Məlikov Yusif Tofiq oğlu, Hüquq şöbəsinin məsləhətçisi Hüseynov Anar İsmayıl oğlu, Mühasibatlıq şöbəsinin aparıcı məsləhətçisi İsmayılova Səbinə İslam qızı vəzifəsindən azad edilib.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nağıyeva Şövkət Mirşahin qızı vəzifəsindən azad edilərək Mühasibatlıq şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …