Ana səhifə / Cəmiyyət / Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir – Video

Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir – Video

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində dəfn mərasimi keçirilir.

Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlunun dəfn mərasimi başlayıb.

Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edir.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.

S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq. /Report
https://www.youtube.com/watch?v=SuHjKmJZ3wI&feature=emb_logo
https://www.youtube.com/watch?v=JE8Bw8M_LC8&feature=emb_logo

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …