Azinforum.az Trend-ə istinadən xəbər verir ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2015-ci ildən başlayaraq kompleksin ərazisində tədqiqatlar aparılıb. AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin sözlərinə görə, ilkin tədqiqatlar nəticəsində şəhər ərazisində 62 kurqan qeydə alınıb və onlardan dördü ötən il elmi tədqiqata cəlb edilib.

Alim bildirib ki, kurqanlardan insan skeleti və çoxlu maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Akademik hazırda kompleksdə qazıntı işlərinin davam etdiyini və tədqiqatların sonunda muzeyin yaradılmasına başlanacağını deyib.