Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Gəncə Dövlət Universitetinin müəlliminin adı  dələduzluqda hallanır – Saxta qəbul

Gəncə Dövlət Universitetinin müəlliminin adı  dələduzluqda hallanır – Saxta qəbul

Füzuli rayonundan məcburi köçkün Əfət Qasımov Azinforum.az İnformasiya Portalına ünvanladığı şikayətində bildirib ki, Gəncə Dövlət Universitetində müəllim işləyən Məmmədov Əlləddin Hətəm oğlu qızını Azərbaycan Müəllimlər institutunun Gəncə filialına qəbul etdirmək adı ilə 2010-cu ildə ondan 12400 manat pul alıb:

“ Bu məbləğin qarşılığında Əlləddin müəllim qızımı institutun birinci kursuna qəbul etdirməli idi. Söhbət zamanı o mənə bildirdi ki, heç bir problem yoxdur, hər şey qanuna uyğun şəkildə həll ediləcəkdir. Beləliklə qızım 4 il həmin institutun Gəncə filialına gedib gəlməli oldu. Amma 2014-cü ildə məlum oldu ki, qızımın adı qəbul olunanlar sırasında yoxdur və o bu müddət ərzində boş-boşuna məktəbə gedib- gəlib. Bir sözlə, deyilənlərin və görülən işlərin hamısı saxta imiş. Mən pulumu geri tələb etdim. Ələddin müəllim xahiş etdi ki, heç hara şikayət etməyim və pulumu qaytaracağına söz verdi. O müəyyən müddət ərzində hissə-hissə pulumu qaytarmağa başladı. Bununla bağlı əlimizdə qəbiz də var. Lakin 8 min ödədikdən sonra bildirdi ki, Başqalarına da borcum var onları da qaytarmalıyam. Doğrusu mənim ona ürəyim acıdı. Razılaşdıq ki, daha 1300 manat verdikdən sonra yerdə qalan məbləği istəməyim. Amma bu günədək söz verdiyi məbləği ödəmək istəmir. Bununla bağlı dəfələrlə onunla görüşmüşəm və hər dəfə pulumu qaytaracağına söz versə də nəticəsi olmayıb. Son aylar isə telefonuma cavab vermir. Ə. Qasımov ərizəsində qeyd edib ki, bununla bağlı mətbuata müraciət etmək qərarına gəlib: “ İstəyirəm ki, mənim kimi onlarla insanların başına oyun acan bu insanı hamı tanısın”. Ə. Qasımov sonda üzləşdiyi problemlə əlaqədar hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini yazıb.

Azinforum.az olaraq biz şikayətdə adı çəkilən Ələddin müəllimlə əlaqə yarada bilmədik. Şikayətçi tərəf də iddia edir ki, borcdan yayınmaq məqsədilə həmin adam bütün nömrələrini dəyişib. Bizm cəhdimizin alınmaması bu faktı təsdiq etmiş oldu.  Onun işlədiyi deyilən  Gəncə Dövlət Universitetilə əlaqə saxladıq. Universitetdən bizə dedilər ki, medianın ünvanladığı sualları cavablandırmaq səlahiyyətləri yoxdur. Azinforum.az-a təqdim edilən materiallardan görünür ki, bu sistem üzrə mütəşəkkil dəstə fəaliyyət göstərib və onlar bu üsulla bir çox insanlara qarşı dələduzluq ediblər. Hətta işdə respublikada olan tanınmış bankın filiallarından birinin də adı hallanır. Mövzuya qayıdacayıq…

Rövşən ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın