Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Gəmidə yaralananlar xaricə aparılıb, biri dünyasını dəyişib

Gəmidə yaralananlar xaricə aparılıb, biri dünyasını dəyişib

Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş partlayış zamanı “Saipem” şirkətinin yaralanmış 11 əməkdaşı (o cümlədən Azərbaycan vətəndaşları) Medevac – xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə Türkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına aparılıb.

Bu barədə “Saipem” şirkətindən məlumat verilib. Bildirilib ki, daha yüngül xəsarət almış üç nəfər artıq vətənlərinə göndərilib.

Bəyan edilib ki, şirkətin ağır vəziyyətdə olan bir əməkdaşı bu gün səhər saatlarında Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Digərlərinin həyatına heç bir təhlükə yoxdur. 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …