Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Gəmidə yaralanan 14 nəfərin vəziyyəti necədir? – Açıqlama

Gəmidə yaralanan 14 nəfərin vəziyyəti necədir? – Açıqlama

“İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində yaralanan 14 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralılardan 7 nəfəri reanimasiyadadır, digər 7 nəfər isə stasionar nəzarətdə saxlanılır.
“Stasionarda olan yaralılarda II və III dərəcəli yanıq xəsarətləri qeydə alınıb. Onların arasında vəziyyətləri yaxşı olanlar da var. Reanimasiyaya yerləşdirilən 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Bədənlərinin 40 faizdən çoxu yanıb”. 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …