Ana səhifə / Cəmiyyət / Gələn ildən Azərbaycanda din xadimləri maaş alacaq

Gələn ildən Azərbaycanda din xadimləri maaş alacaq

“Gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərimiz rəsmi şəkildə əməkhaqqı alacaqlar”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, hazırda əməkhaqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur: “Əsas odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əməkhaqqı alacaqlar”.
Komitə sədri bildirib ki, əmə haqqının verilməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti var: “Bugünlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvləri və rəhbərliyi açıqlanacaq. Hesab edirəm ki, Fond yanvar ayından fəaliyyət göstərəcək. Fevraldan din xadimləri maaş ala bilərlər”.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …