Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Fuad Poladova həsr olunmuş kitab nəşr olundu

Fuad Poladova həsr olunmuş kitab nəşr olundu

Kinoşünas Aygün Aslanlının mərhum Xalq artisti Fuad Poladova həsr etdiyi “Skafandrlı adam” kitabının təqdimatı olub. 
Təqdimat bu gün “Libraff” kitab mağazasının Elmlər Akademiyası filialında baş tutub.Təqdimatda iştirak edənlər müəllifin xüsusi yanaşma və tərzə sahib olmasını, kitabın üslubunun olduqca qeyri-adi və emosional olduğunu qeyd ediblər.
Bildirilib ki, kitabda Fuad Poladovun tanınmayan tərəfləri qeyd edilib.
Təqdimatda həmçinin qeyd olunub ki, satışdan əldə olunan gəlir xeyriyyə məqsədi ilə xərclənəcək.
Kitab “Parlaq İmzalar” nəşriyyatı tərəfindən dərc olunub, üz qabığının müəllifi isə Rəsul Həsəndir.
Xatırladaq ki, kitab mərhum aktyor Fuad Poladovun anadan olmasının 74 illiyinə ithaf olunub.

Fuad Poladova həsr olunmuş kitab nəşr olundu

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …