Ana səhifə / Cəmiyyət / Fransanı kim idarə edəcək? – heranto, yoxsa  pedofiliya…

Fransanı kim idarə edəcək? – heranto, yoxsa  pedofiliya…

Fransa prezident seçir. Dünya bu seçkiyə həssaslıqla yanaşır. Çünki 500 milyonluq Avropa Birliyinin 2 favoritindən biridir Fransa. Bu baxımdan, Yelisey sarayının növbəti sahibinin kim olacağı mühüm dünya çaplı hadisədir.
1-ci turdan sonra 2 namizəd yarışı davam etdirir- Makron və Lö Pen. Xanım ultramillətçi Lö Penin prezident olacağı az inandırıcıdır. Çünki mübarizədən kənarlaşmış digər namizədlər artıq Makrona dəstək verəcəklərini bəyan ediblər. Bir də Avrobədbinlərə aid olan, Rusiya ilə münasibətlərə üstünlük verən, fransızların maraqlarını önə çəkən millətçi Lö Penin xarizması dünya idarəçiliyinə mane ola biləcəyi aydın görünür.
Əslində bu seçkilərin favoriti ola biləcək, xırda korrupsiya qalmaqalı ilə uduzdurulan sağ mərkəzin aparıcı təmsilçisi Fiyon da təxminən baxışlarına görə xanım millətçidən geri qalmırdı. Lakin ötən seçkilərdə olduğu kimi, bu il də Fiyon ədalətsizliyə uğradıldı. Yada salım ki, ötən seçkilərdə əsas fiqur sağ mərkəzçi, BVF-nun sabiq rəhbəri Dominik Stross Kan Nyu-York otelində xidmətçi qadının böhtanı nəticəsində prosesdən uzaq düşmüşdü.
Belə nəticə çıxarmaq olur ki, Fransa kimi nəhəng dövlətin belə sərbəst prezident seçmək imkanı mövcud deyil. Bizə göstərilən tamaşa təmamilə klassik demokratiya anlayışından uzaq bir məzhəkədir.
Fransanın başına görün bir kim gəlir. Heç bir siyasi təşkilatı olmayan, Parlamentdə nümayəndədən məhrum edilmiş, özündən 24 yaş böyük övlad-nəvəli müəlliməsi ilə həyat qurmuş amorf bir şəxs.
Sonuncu məqam xüsusilə diqqət çəkəndir. Prezident üsul-idarə tövrünü ilk növbədə onun şəxsiyyəti müəyyən edir. Şəxsiyyət isə psixika və baxışlar sistemi ilə tənzimlənir. Onun seçimdə sərbəst olduğu doqmasını qəbul edən, tibbin psixiatriya və həyatın psixoanaliz tərəfindən azacıq məlumatlı birisi kimi bildirmək istəyirəm ki, insanların şəxsi keyfiyyətlərinin bilinməsi, seçim zamanı bunların nəzərə alınması müstəsna dərəcədə vacibdir. 39 yaşlı şəxsin 63 yaşlı qadınla ailə qurmasında pis bir iş zahirən görünməsə də, bunun normal əlaqə olmasını da iddia etmək yanlışdır. Tibbdə yaşlılara meyllilik heranto, kiçiklərə meyllilik isə pedofiliya adlanır. Bu cütlükdə nəyin üstün olmasını bildirmək çətin də olsa, anomaliyanın ortada olduğu əyanidir. Fransa kimi nəhəng iqtisadi, diplomatik, hərbi, nüvə imperiyasının başına belə bir şəxsin oturdulması dünyanın mənəvi böhranından xəbər verir.
Maraqlı bir cəhət də bizim mətbuatın ümidlə Qarabağ məsələsinə bu formasız birinin bəyanatını tirajlamasıdır. Bir azdan bu bizə, Türkiyəyə və digər müsəlman dövlətlərinə demokratiya, haqq-ədalət, insan haqları və sair mövzularda ağıl qoymağa başlayacaq.
Bütün bunları yazmaqda məqsədim cəmiyyətimizə ” Heç kəsdən nicat gözləmə, özün ayağa qalx!” fikrini bildirməkdir. Onların bizə verəcəkləri faydalı ola bilməz. Bu yerdə Ərdoğanın mövqeyi bəraət alır və təqdir edilməlidir. Nə demokratiya, nə bəşəri dəyərlər bizə kənardan idxal edilməməlidir. Bunlar üçün özümüzün 1 əsrlik təcrübəmiz var…

Əli Əliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri

Azinforum.az

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın