Ana səhifə / Cəmiyyət / “Fitrə zəkatının bank hesabına köçürülməsi dinə tamamilə zidd bir adətdir” – Rafiq Əliyev

“Fitrə zəkatının bank hesabına köçürülməsi dinə tamamilə zidd bir adətdir” – Rafiq Əliyev

“Fitrə zəkatını verən insan bilməlidir ki, onu kimə, hansı adama verir. Həmin adamın maddi imkanı, sosial vəziyyəti ağırdırmı? Ona verilən zəkat sədəqə hesab olunurmu? Bunun əksinə olaraq kimsə tərəfindən açılmış hesaba zəkatı köçürmək dinə tamamilə zidd bir adətdir. Belə bir adəti bizə gətirmək lazım deyil, buna ehtiyac yoxdur”.

Bunu Pravda.az-a Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib.

Rafiq Əliyev, həmçinin, indiyə qədər pirlərə verilən nəzirlərin də hara xərcləndiyi məlum olmadığını bildirib: “Sovet dövründə də var idi, indi də var. Bilmirik ki, bu pirlərə yığılan pul hara xərclənir. Bunu tam bilmədiyimiz halda hesab yaradırlar ki, ora pul köçürülsün. Zəkatımızı ancaq özümüz verməliyik. Özümüz bilməliyik ki, kimə, nə qədər verəcəyik. Zəkat verdiyimiz insanın imkanı necədir? Bizim zəkatımız həm özümüz üçün, həm də onu verəcəyimiz insan üçün faydalı olmalıdır. Zəkat həm ürəkdən verilməli, həm də onu alan şəxs ürəkdən qəbul etməlidir. Təşəkkürlə qəbul olunan zəkat nəzir hesab olunur. Təşəkkürsüz verilən zəkat isə nəzir hesab oluna bilməz, yəni bu zəkat qəbul olunmur. Bir sözlə, belə bank kartı yolu ilə kimsə harasa, nəisə xərcləyirsə və mənim bundan heç xəbərim olmursa, bu, zəkat hesab oluna bilməz. Bunu gündəmə gətirən insanların dinin adət ənənələrindən, mahiyyətindən, dinin mənəviyyatla bağlı hissələrindən xəbərləri yoxdur. Əgər varsa belə, onlar bu amilləri nəzərə almır və onların maddi maraqları belə bir addım atmağa məcbur edir”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …