Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Firəngiz Rəhimbəyovanın analığı: “Məzarını ziyarət edə bilmirəm”

Firəngiz Rəhimbəyovanın analığı: “Məzarını ziyarət edə bilmirəm”

Mərhum müğənni, aktrisa Firəngiz Rəhimbəyovanın analığı Sona Rəhimbəyova “Günaydın, Azərbaycan” proqramına açıqlama verib.

O, hazırda qocalar evində yaşadığını bildirib:

“Yoldaşım rəhmətə gedəndən sonra, kirayə qaldım. Sonra bacım dedi ki, səni elə yerə göndərək rahat olasan: nə bişirəsən, nə iş görəsən. 7 ildir burada yaşayıram. Firəngiz dedi ki, gəl, Amerikaya, otaq verək yaşa. Dedim ki, burada doğulmuşam, burada qalacağam.

Onunla sonuncu dəfə avqustda danışmışam. Elə bir qadın idi ki, hamıya yaxşılıq edirdi. Eşitdim ki, rəhmətə gedib, üç gün özümə gələ bilmədim. Onu Amerikada dəfn ediblər. Məzarını ziyarət etmək mənə çətin olar”.

Qeyd edək ki, aktrisa avqustda Amerikada ürəktutmasından vəfat edib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …