Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Fikrət müəllim, bizi bağışlayın, sizi pis vəziyyətdə qoyduq”

“Fikrət müəllim, bizi bağışlayın, sizi pis vəziyyətdə qoyduq”

Əməkdar artist Bəhram Bağırzadə Fikrət Əmirovun 100 illiyi münasibətilə keçirilən yubiley gecəsini tənqid edib.

Aktyor orada səslənənləri musiqi adlandıra bilmədiyini bildirib: “Bu, ötən əsrdə və hətta ötən minillikdə olmuşdu. 1984-cü il. Musiqisi ürəyimə çox yaxın və əziz olan Azərbaycanın və bütün dünyanın dahi bəstəkarı Fikrət Əmirov dünyasını dəyişəndə 12 yaşım var idi. Bütün Bakı öz sevimli bəstəkarı ilə vidalaşırdı. O vaxt çox gənc olsam da, 189 saylı məktəbin şagirdləri və müəllimlərimizlə Fikrət Əmirovu son mənzilə yola salırdım… Hardasa yarım əsrdən çox vaxt keçib. Və bu gün, yeni minillikdə mən – artıq 50 yaşlı kişi – dahi bəstəkarın yaradıcılığının dəfnində iştirak etdim… Bu gün Fikrət Əmirovun 100 illik yubileyində baş verənləri musiqi adlandıra bilmərəm… Çünki biz Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev kimi musiqi titanlarının çiynində böyümüşük, kişiləşmişik və gözəl şeyləri öyrənmişik. Fikrət müəllim, bizi bağışlayın. Biz sizi pis vəziyyətdə qoyduq…”.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …