Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Fikrət Əmirovun belə adda əsəri yoxdur” – Nazirlik

“Fikrət Əmirovun belə adda əsəri yoxdur” – Nazirlik

Mədəniyyət Nazirliyi uzun müddətdir ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində müxtəlif mənbələrə istinad edilərək görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirova məxsus musiqi kompozisiyasının erməni bəstəkar Ara Gevorkyanın müəllifliyi altında təqdim edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən Azvision.az -a verilən açıqlamada bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir. Belə ki, Fikrət Əmirovun “Qarabağ inciləri” kompozisiyası kimi hesab edilən rəqs musiqisi Azərbaycan bəstəkarına aid deyil.

Qeyd edilib ki, Fikrət Əmirovun belə bir adda əsəri olmayıb və sözügedən kompozisiyanın ona aidiyyəti yoxdur.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …