Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / FHN-in vəzifəli əməkdaşı Akif Çovdarovun məhkəməsində ifadə verib – Tağıyev Vilayət şöbə müdiridir

FHN-in vəzifəli əməkdaşı Akif Çovdarovun məhkəməsində ifadə verib – Tağıyev Vilayət şöbə müdiridir

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi olub.

Musavat.com xəbər verir ki, məhkəmə zərərçəkmiş şəxslərdən “Azərtikinti ATF” şirkətinin rəhbəri Azər Quliyevin (Azər Quliyev bir neçə il əvvəl vəfat edib. Məhləmədə onu hüquqi varisi təmsil edir) epizodu üzrə davam edib. Bu epizod üzrə şahid Tağıyev Vilayət Əli oğlu ifadə verib. O, Fövqəladə Hallar Nazirliyinin Ekspertiza İdarəsinin Smeta Şöbəsinin müdiri vəzifəsində çalışır.

Bu epizod üzrə heç nə bilmədiyini söyləyən Vilayət Tağıyev zərərçəkmiş kimi tanınan mərhum Azər Quliyevin bir dəfə adını eşitdiyini söyləyib. O, bildirib ki, sinif yoldaşı olmuş İsfəndiyar (“Şərur inşaat” tikinti şirkətinin rəhbəri, Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundovu nəzərdə tutur) ondan tikinti sahələrindəki işlərilə tanış olmağı, nəzarət etməyi xahiş edib. Həmin ərəfədə də Azər Quliyevin tikinti sahəsində çalışdığını eşidib.

Məhkəmə prosesi digər şahidlər gəlmədiyindən martın 29-na təxirə salınıb.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın