Ana səhifə / Cəmiyyət / Fazil Məmmədovun türkiyəli həkimi danışdı:”Bura gətirilərkən vəziyyəti çox ağır idi”

Fazil Məmmədovun türkiyəli həkimi danışdı:”Bura gətirilərkən vəziyyəti çox ağır idi”

Sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyədə “American Hastanesi”nə yerləşdirilib. Hazırda o, həmin xəstəxananın professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altında müalicəsini davam etdirir.

Türkiyəli həkimi Orhan Bilge F.Məmmədovun son durumu ilə bağlı açıqlama verib: “Hazırda Fazil Məmmədov xəstəxanada müalicəsini davam etdirir. O, Azərbaycanda əməliyyat olduğuna görə, burada onun növbəti əməliyyat keçirməsinə ehtiyac olmadı. Azərbaycandan buraya gətirilərkən vəziyyəti çox ağır idi. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşməyə başlayıb. Onun nə zaman xəstəxanadan buraxılacağını deyə bilmərəm. Müalicəsi ən azı bir-iki ay davam edəcək. O, pankreatit xəstəliyinin ağır formasından əziyət çəkdiyi üçün davamlı müalicə alması zəruridir”.

Orhan Bilge F.Məmmədovun səhhətinin yaxşı olduğunu və narahatlığa ehtiyac olmadığını da bildirib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …