Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Fazil Məmmədov daha bir nəfəri vəzifəsindən azad etdi

Fazil Məmmədov daha bir nəfəri vəzifəsindən azad etdi

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun əmri ilə federasiyanın baş katibi Rəşad Əlizadə tutduğu vəzifədən azad edilib. Bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

Orxan Məmmədov

Fazil Məmmədov bu vəzifəyə əvvəllər idman şöbəsinin rəisi işləmiş Orxan Məmmədovu təyin edib. O, güləş üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. Orxan Məmmədov idman ustasıdır, Azərbayvanın əməkdar məşqçisidir.

Xatırladaq ki, bundan öncə sabiq vergilər naziri Fazil Məmmədov Firdovsi Umudovu Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə təyin etmişdi. Bu vəzifədə o, Sahib Ələkbərovu əvəz etmişdi.Virtualaz.org

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …