Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Fəzail Ağamalı şeiri silmək üçün satirik şairə 100 manat göndərib – “Belə laqeydlik, etinasızlıq, rüsvayçılıq olmaz…”

Fəzail Ağamalı şeiri silmək üçün satirik şairə 100 manat göndərib – “Belə laqeydlik, etinasızlıq, rüsvayçılıq olmaz…”

Milli Məclisin deputatı Fəzail Ağamalı Salyanda satirik şair İbrahim Xudayiyə onun haqqında yazdığı şeiri sosial şəbəkədən silmək üçün 100 AZN göndərib.

Bu iddia ilə şair özü çıxış edib.

Ölkəni “Harda müsəlman görürəm, qorxuram!….” yazılan günlərə qaytarmaq  istəyirlər… – Şairə 90 dəqiqə vaxt verildi - AzToday

“Ağır xəstəlikdən əziyyət çəkirəm. Hamamı, tualeti, qazı və suyu olmayan 1 otaqlı evdə yaşayıram. Mənə kömək etsin deyə deputat Fəzail Ağamalıya 4 dəfə yazılı, 2 dəfə də videomüraciət etmişəm, əlavə olaraq da təndiqi şeir paylaşmışam. Deputatın köməkçisi Xidmət Orucov mənimlə əlaqə saxladı, evə gəlmək istədiyini bildirdi, sevindim. Gəldi və 100 manat verdi. Deputat bu qədər problemlərim, ağır xəstəliklərim və şəraitsizliyim üçün 100 manat yardım ayırıbmış. Xidmət bəy selfi çəkdirdi və sözünə davam etdi ki, bəs Fəzail bəy haqqında yazdığınız şeiri silin. Hakimiyyətə zidd olan şeirləri də sil. Dedim ki, Fəzail bəyin adı ilə bağlı daha nəsə qalmayıb profilimdə. Ötən günlərdə Bakıya getmək üçün də 20 manat pul göndərmişdi, sağ olsun. Buradan üzümü Fəzail Ağamalıya tutub deyirəm ki, “belə laqeydlik, etinasızlıq, rüsvayçılıq olmaz”. 100 manat şeiri sildirmək üçün imiş, eləmi? Sağ olun, hörmətiniz artıq olsun” – şair qeyd edib.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …