Ana səhifə / Cəmiyyət / Fərhad Əhmədovun şirkəti məhkəməyə verildi

Fərhad Əhmədovun şirkəti məhkəməyə verildi

Milyarder işadamı Fərhad Əhmədova məxsus “Aznar” şirkəti barəsində məhkəmə iddiası qaldırılıb.

Qafqazinfo xəbər verir ki, Türkiyə şirkəti olan “Airland iklimlendirme ticraret” “Aznar” barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət daxil olub.
İddiada qeyd edilib ki, “Aznar” sözügedən şirkətdən təsərrüfat üçün texnikalar alıb, lakin müqavilə üzrə ödənişlər olunmayıb. İşə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, bir neçə gün öncə Fərhad Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılaraq dindirilib. Onun adı şəhid polkovnik Babək Səmidlinin ordudakı qanunsuzluqlarla bağlı səs yazısının yayılmasında hallanırdı. Belə ki, biznesmen məlum səs yazısını qeydə aldığını etiraf etsə də, səsin kim tərəfindən yayıldığı bəlli deyil.

Məlumat üçün bildirək ki, F.Əhmədov “Aznar”ın Müşahidə Şurasının sədridir. O, 1,7 milyard dollar sərvətlə dünyada 49-cu ən varlı insan hesab olunur.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …