Ana səhifə / Cəmiyyət / Fərəc Quliyevin köməkçisindən  Emin Tarverdiyevin yazısına sərt reaksiya: “Sənin 5-6 yaşın olanda Fərəc Quliyev…”

Fərəc Quliyevin köməkçisindən  Emin Tarverdiyevin yazısına sərt reaksiya: “Sənin 5-6 yaşın olanda Fərəc Quliyev…”

Millət vəkili Fərəc Quliyevin köməkçisi Həbib Ələkbərsoy  Emin Tarverdiyevin Azinforum.az saytında yayınlanan publisitik yazısına cavab verib. Qeyd edək ki, jurnalist məlum yazısında əslən Ordubaddan olan şəhidin Bakıdan yola salınma prosesində yaşanan vəziyyətdən bəhs edib və məxsusi olaraq Fərəc Quliyevi hədəfə almayıb. Həmin yazıda adı çəkilən şəxslərdən birinin nümayəndəsi olaraq, hörmətli Həbib Ələkbərsoyun da mövqeyinə yer verməyi özümüzə borc bilirik.

“Hörmətli Emin Tarverdiyev, millət vəkili Fərəc Quliyevin 3 gün (24-28 ferral) Bakıda olmamağından istifadə edərək, sosial şəbəkədə ”qəhrəmanlıq” etməyin kəmfürsətlikdir. Fevralın 24-də siz öz səhifənizdə Samsunda, İstambuldaki istirahət pozlarını paylaşanda, ciddi media və ciddi jurnalistlər cəbhə bölgələrində reportajlar hazırlayır, ordumuzun qəhrəmanlıqların işıqlandırır, paylaşırdılar. Burnuna barıt qoxusu dəyməyənlərdən biri kimi yuxuna 1-2 saat rahatsızlıq qatıb, aeroporta gəlib (bunu təqdir edirik) burada olmayanlara bilib-bilmədən irad tutmaqla baş verən faciədən suistifadə etməzlər. Ayıbdır, sizin 5-6 yaşın olanda Fərəc Quliyev Naxçıvanın müdafiəsi, Ordubadın, bütün Naxçıvanın müdafiəsi üçün müstəsna əhəmiyyəti olan “Soyuq” yüksəkliyini silahdaşları ilə erməni-rus birləşmələrindən almaqla məşğul idi. (Belə adamlar canlı Şəhidlərdi-təsadüfən Şəhid olmayıblar, amma döyüş dostlarının yanlarındaca Şəhidliyinə şahidlərdi.) Bu ”qanunsuz “silahlı dəstələri yaratdığına görədə 8 il həbsxana həyatı yaşadı və heç kimdən nə sağ ol gözlədi, nə də siz niyə mənimlə birgə həsxanada deyilsiniz demədi. Nə isə… Bilməyin lazımdır ki, nəinki Şəhid, adi soydaşımız da dünyasını dəyişəndə hər kəs tutduğu mövqedən asılı olmayaraq, son borcu olaraq mərasimlərə qatılır-bu el adətidir. İndən sonra gedərsən-görərsən. Hormətli Emin bəy, İnanırıq ki, bir daha belə məsələlərdən fərqli istifadə etməyəcəksiniz.

PS: Regiona görə bölgü aparmaqsa qəbahətdir-xüsusilə Şəhidlərlə bağlı.

Hörmətlə, millət vəkili Fərəc Quliyevin köməkçisi Həbib Ələkbərsoy”

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın